Sadəcə, Qaraqanın “A” romanı

Sentyabr 1, 2011 tarixində, saat 8:00 am | MUƏLLİF YAZILARI kateqoriyasında dərc edildi | 7 Şərh
Etiketlər: , , , ,

Bloqlarda kitab həftəsi davam edir.

Bloqlarda kitab həftəsi çərçivəsində “A” romanı haqqında yazıb- yazmamaq barəsində çox düşündüm. Bu kitab haqqında yazmağa ehtiyac varmı?

“A” romanı Azərbaycan ədəbiyyat çevrəsində bəlkə də ən çox müzakirə olunan kitabdır. “A” haqqında  danışılarkən kimisi bu əsəri plagiat, kimisi qeyri – ciddi ədəbiyyat, kimisi mükəmməl əsər, kimisi isə sadəcə bir gəncin yazdığı roman adlandırır.

“A” romanına qarşı plagiat iddiasına irəli sürənlər bu əsərin “Fihgt Club” filmindən köçürüldüyünü iddia edir. Buna səbəb isə əsərin süjet xəttində olan bənzərliklərdi. Əsərin müəllifi Qaraqan isə deyir ki, o zaman Fizulinin “Leyli və Məcnun” poeması də plagiat sayılmalıdır. Çünki ondan əvvəl bu mövzuda, hətta bu adda Nizami Gəncəvi poema yazıb.

“A” romanı bir qrup gəncin həyatından bəhs edir. Bu əsərdə gənclərin toplaşdığı bir məkan təsvir olunur. Həmin məkanın adı isə “Qərargah”dır. “Qərargah”a toplaşanlar müxtəlif günlərdə öz həyat hekayələrini danışır, bəzən məsləhətlər alır, bəsən isə…

Bu gənclərin öz ideologiyası var. Onlar gecə barlarında fahişəlik edənlər qadınları qaranlıq bir yerdə yaxalayıb, onun bədəninə “A” damğası vururlar. Bütün bu işlərə isə rəhbərliyi, heç kimin tanımadığı “A” edir.

“A” damğasının səsi – sədası bütün şəhəri bürüyür və öz əhatəsini aşır, binalar yandırılır, maşınlar məhv edilir və xaos başlayır… “A”-nı isə heç kim tanımır…

Bir gün bu gənclərin liderlərindən bir həbs olunur. Məhkəmə prosesi zamanı isə onun tərəfdarı olan saysız – hesabsız gənc, liderlərinin azadlığa buraxılması tələbi ilə növbəti xaosu başlayır və nəticə sadəcə faciəvi olur… Lider ölür.

“A” romanının açıb oxuyarkən, kitabın başlanğıcında bir xəbərdarlıq diqqətimi çəkdi. Xəbərdarlıqda sadəcə deyilirdi ki, bu kitab yuxarı siniflərdə oxuyan şagirdlər üçün yazılıb.

“A” romanı son iki ildə Azərbaycanda ən çox satılan kitabdır. Ötən il isə bu əsər “Milli Kitab Mükafatı”nın qalibi olub…

Sadəcə bu qədər…

About these ads

7 Şərh »

Bu yazıya edilən şəhlər üçün RSS qidalandırıcıları. TrackBack URI

  1. Menim en sevdiyim kitabdi bu.Defelerle oxumagdan yorulmadigim kitab.Her cumlesi ayri bir heyatdi.En sevdiyim cumlesi ise “Heyat delixanadir, xowbext olmaq u4un sadece ozun kimi deliler olan palatani tapmalisan”. :)

  2. əsas kitabın insan həyatina təsiri dir.. yoxsa ay bədii əsər deyil ay helə ay belə… əsas insanın kitab oxumasıdır..və bu kitabdan sonra oz həyatinda bəzi qərarlar verməsidir.. yaxşı pis fərqi yoxdu çünki bu anlayış nisbidi.. axır ki ÖZ QƏRARINI ÖZ SEÇİMİN ETSİN BU İNSAN..

  3. [...] Əzimovun Qaraqanın (Elxan Zeynallı) “A” romanı haqqında (Burdan OXU)yazısını oxumamışdan qabaq fikirləşirdim Azərbaycan ədəbiyyatına atom bombası kimi [...]

  4. məncə bu kitab haqqında elə bu qədər yetər. roman ən çox sevilən və ən çox qıcıq yaradan kimi fərqlənir)) sadə roman id. amma mükafata ehtiyac yox idi.

  5. chox sevirem A romanini.neche defe tekrar oxusamda yorulmaram.indiyenecen yorulmamisham mence bunnen sora da yorulmaram.QaraQana ugurlar.Inwallah qismet olsa Sheytanin kitabinida oxuyarig.O gunu sebirsizliynen gozduyurem.

  6. SUPER SUPER SUPER

  7. men hec de razi deyilem o sadece oyud veren molladi guya ozunu coxbilmiw kimi gosterir hamiyada yuxaridan baxir men ele men bele ne bilim ne ne ise ariq werhe ehtiyac yoxdu biz hemiwe Elxan kimilerine …………………


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

WordPress.com Bloqu. | Pool Mövzusu.
Yazılarşərhlər feeds.

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: