“Erməni” mükafatı
İyul 20, 2012 tarixində, saat 6:02 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınEtiketlər: Dalğa Gənclər Hərəkatı, Erməni, Firudin Allahverdi, Gürcütsan, Həmidə Qiyasbəyli, Rasim o əfəndi, Rasim Əfəndiyev, Seymur Baycan, Əvəz Həsənov
Düzü çoxdandır müəllif yazısı yazmıram. Hələ insanlara söz verdiyim bir yazı da var. Açığını deyim, o yazının mövzusu ağırdır və tamamlamaq üzrəyəm yazını. 2-3 günə hazır olar. Bu yazını da çıxdan yazmaq istəyirdim, amma düzünü desəm yazmağa tənbəllik edirdim.
Təqribən 1 aydan biraz çox vaxt bundan öncə mediada belə bir xəbər yayılmışdı – “Seymur Baycan ermənilərdən mükafat aldı”. Məlumatı oxudum. Son abzası diqqətimi çəkdi: “Sonda tərəflər bir-birinə mükafat da təqdim ediblər. Ermənilər azərbaycanlı yazıçı Seymur Baycana diplom, saat və üzərində sülh rəmzi olan foto hədiyyə veriblər. Continue Reading “Erməni” mükafatı…
Səmimi olmayan bayram – 8 mart
Mart 7, 2012 tarixində, saat 10:23 səhər | Kateqoriya:Kateqoriyasız | 3 ŞərhEtiketlər: 8 mart, kənd, qadın, toy
8-ci sinifin dərsləri 1 həftə olardı bitmişdi. İmtahanqabağı hamımız orta məktəbin həyətində yığışmışdıq. Xəbər yayıldı ki, sinifimizin ən arıq, ən balaca (bədəncə) qızı üçün elçi gəlib. Bu xəbər hamıda maraq douğurdu. İçi mən qarışıq, oğlanlar az qala “qardaş” obrazı alacaqdı. Digər tərəfdən də sevindik.
Bu vaxta qədər bizdən yuxarı siniflərdə oxuyanların sinif yoldaşlarının toyuna getmələrinə həsədlə baxmışdıq. Nəhayət bu iş xeyirlisi ilə həll olunsaydı biz də sinif yoldaşımızın toyuna gedərdik, bizə də toy dəvətnaməsi gələcəkdi. Həmin il 3 imtahanımız var idi. Gözlənilən hadisə isə sonuncu imtahanı gözləmədi. Toy oldu və biz də sinifin ən arıq və balaca qızının toyuna getdik. Sinif yoldaşlarım məni qabağa verdilər, mikrafonu götürüb ağsaqqalfason danışdım, hamının adından təbrik etdim.
9-cu sinifin dərsləri başlayana qədər artıq ikinci sinif yoldaşımızı gəlin koçürdük. Bu minvalla hər ayda demək olar ki, bir sinif yoldaşımızın toyuna gedirdik. 10-cu sinifə başlayanda isə sinifdə 2 qız qalmışdı. Onlar da dərsə gəlməməyə başladılar. Ataları demişdi ki, bəsdir oxudunuz, alim olmayacaqsınız ki?! Və biz qızsız qaldıq, korlandıq, dərsdə siqaret çəkməyə, söyüş söyməyə, min cür mənasız hərəkətlə eləməyə başladıq. Çünki sinif qızsız qalmışdı. Hətta dərslərinə ümumiyyətlə fikir verməyənlərin bəziləri arxa partlarda dərs zamanı mastrubasiya da edirdi. Çünki sinifmizdə qız yox idi. Continue Reading Səmimi olmayan bayram – 8 mart…
Bakcell-ə nekroloq
Fevral 29, 2012 tarixində, saat 8:47 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 5 ŞərhEtiketlər: Bakcell, Dəyişək, inkişaf edək, rəqabət, YAP
Teomanın məşhur mahnısı olan “Sevdim səni bir kərə” mahnısında ikinci cümlə fərqli olsaydı, böyük həvəslə gedib onu “Bakcell”in ofisinin önündə oxuyardım. Həqiqətən də mən bu opreatoru çox sevmişdim. Onu Azərbaycandakı şirkətləri arasında ən kreativ, ən cəsarətli marketinq siyasəti olan şirkət hesab edirdim.
Sizə rahat gəlməsin. 2003-2004-cü illərdə düşüncələrin dartışdığı zamanda “Azərcell” böynubükük halda dəyərlərdən filan danışanda, “Bakcell” “Dəyişək, inkişaf edək” demişdi. Bu sloqan çox ciddi bir mesaj daşıyırdı özündə. Continue Reading Bakcell-ə nekroloq…
İctimai sektora gələnlər
Fevral 8, 2012 tarixində, saat 12:27 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 5 ŞərhSon dövlər ictimai sektordakı durumla bağlı narazılıq həddindən artıq çoxalıb. Bu narazılıqlar 2 müstəvidə aparılır. Bir filankəs qorxaqdı , 2 ictimai sektorda sadə dildə desək QJ-ların sayı artıb. Birinci məsələyə toxunmayacam. Çünki bu söhbət ta qədimi dövriyyədən var. Bu QJ söhbəti isə yeni – yeni yaranmağa başlayıb. Mən də razıyam. Bu “ictimai sektor”dan bəzən iyrənirəm. Çox qəribə insanlar peyda olub burada. Yalnız söyüş söyməklə özünü dahi sayanlar 4 yanımızı bürüyüb. Ömründə dünya ədəbiyyatından 1 kitab oxumayanlar, fəlsəfənin heç dialektikasını belə bilməyənlər dühalıq iddiasına düşüb.
Bəs bunun səbəbi nədir və onlar niyə bu sektorda olmaq istəyirlər?! Mən ictimai sektora son 3-4 ayda qoşulanları özlüyümdə 3 qrupa bölmüşəm.
1. “Am var dedilər gəldik” seriasından gələnlər. Bunlar yeni qoşulanların təqribən tən yarısını təşkil edir. Bir zamanlar “qaqaş” dediklərimiz, öz “qaqaş”lıqlarını saxlamaqla bizim aramıza qatılmağa cəhd edir və bir çoxları da onları qəbul edir. Bu tip insanları öz təşkilatlarına üzv edənlər hələ də bilmirlər ki, onların verə biləcəyi heç bir xeyr yoxdur. Səbəbini isə birazdan açıqlayacam. Continue Reading İctimai sektora gələnlər…
İlqar Mikayıloğlunun “Jurnalistikası” və “Günəbaxan məktəbi”
Yanvar 25, 2012 tarixində, saat 12:11 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 ŞərhEtiketlər: ANS, ANS TV, CNN, Elbrus Ərud, Fox, Jurnalistika, Nəqliyyat Nazirliyi, Qafqazinfo, Taksi, Zeynal Məmmədli, İlqar Mikayıloğlu
ANS telekanalında yayımlanan “Günəbaxan” verilişində son günlər qalmaqalla nəticələn hadisələr baş verir. Bir neçə gün bundan əvvəl “Günəbaxan” homoseksualların Bakıda baş tuta biləcək paradı haqqında veriliş hazırladı. Rəşid Mahmudov verilişdə hay – küy qopardı, özü də bilmədi nə dedi və s.
Bir neçə gün sonra isə verilişdə taksi sürücülərinin problemlərinə həsr olunmuş “müzakirə” aparıldı. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun və taksi sürücülərinin bir qisminin iştirak etdiyi debatda taksi sürücülərindən birini zaldan qovmaq istəyən aparıcı İlqar Mikayıloğlu qəribə mənzərə ilə rsatlaşdı. Sürücü həmkarları da qovulana qoşulub studiyanı tərk etdi. Efirdən insan qovmaq “Günəbxan”ın tarixində var. Samir Turan İbrahimov da bu verilişdə aparıcı olanda özünün dəvət etdiyi qonağı qovmuşdu. Sonuncu hadisə baş verən gün isə mediada bu məsələyə ciddi yer verildi, jurnalistlər xəbər yazdı, müəllif yazıları yazıldı, video yayıldı və bir sözlə “İlqar Mikayıloğlu biabrçılığı” gündəmi bürüdü. Continue Reading İlqar Mikayıloğlunun “Jurnalistikası” və “Günəbaxan məktəbi”…
Bizə meyxana lazımdırmı?
Yanvar 22, 2012 tarixində, saat 8:43 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 10 ŞərhAdətən nəyi isə isbat edəndə tarixi faktlara əsaslanmağa üstünlük verilir. İnsanlar sübüt eləmək istəyir ki, filan adət tarixdə bu formada olub, biz bunu belə eləməliyik. Meyxana haqqında yazılan yazılarda da bu tip hallara çox rast gəlinir. Bəziləri hətta meyxananın vacibliyini sübut etmək üçün onu replə müqayisə edir və iddia edir ki, dünya da meyxananın başqa formasından istifadə edir. Bəziləri Əliağa Vahiddən misal gətirir, bəziləri isə Azərbaycanda meyxanaın əsasını qoyan Atoppa alı bir naməlum şəxsdən və onun meyxana ilə cəmiyyətə verdiyi xeyrlərdən danışır (?).
Hətta meyxanaın Azərbaycanın tarixi sərvəti olduğunu, onu bizdən daha yaxşı kimsənin deyə bilmədiyini sübüt etmək istəyənlər deyirlər ki, Əliağa Vahidin meyxana vasitəsi ilə bütün İran şairlərini “bağlayıb”. Continue Reading Bizə meyxana lazımdırmı?…
Hamının məsuliyyəti – Sosial məsuliyyət
Dekabr 17, 2011 tarixində, saat 9:23 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınÇox qəribə səslənsə də bu anlayışla ilk dəfə Azərbaycanın çəkdiyi bir seriala baxarkən tanış olmuşam. O vaxt “Bəyaz həyat” adlı serial yayımlanırdı. Filmin adı ilə eyni adı olan süd firması gəlirlərinin 50 faizini uşaq evinə verirdi. Həmin filmdə bir neçə dəfə sosial məsuliyyət ifadəsini eşidəndə düşünürdüm ki, mən də nə vaxtsa firma sahibi olsam sosial məsuliyyətimi yerinə yetirəcəm.
Zaman keçdikcə isə bu məsuliyyəti yerinə yetirmək üçün pullu, imkanlı və ya şirkət sahibi olmağın vacib olmadığımı öyrəndim. Bu elə bir məsulıiyyətdir ki, onu hamı yerinə yetirə bilər.
Bəzən hansısa sosial, xeyriyyə kampaniyalarına qoşulmayanda belə bunu etmək mümkündür. Continue Reading Hamının məsuliyyəti – Sosial məsuliyyət…
Etiraf )))
Dekabr 14, 2011 tarixində, saat 11:52 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 4 ŞərhEtiketlər: Etiraf, Ramin Ha, Əli Kərimli, İsa Qəmbər
Hərə öz bloqunda etiraf edir və bunu başqasından da istəyir. Xanım Yadigarlı öz bloqundakı etiraflardan sonra estafeti mənə ötürüb. Maraqlı kampaniyadır və səmimiyyəti artırır.
Başlayım etirafa:
P.S. Bəzi etiraflarımda elə anlar olacaq ki, məzələnməyimi düşünərsiz. Ancaq elə dəyil, məcburən belə yazıram.
1. Etiraf edirəm ki, mən İSNANAM. Bəziləri məni və mənim kimilərinə İnsan gözü ilə baxmasalar da, bizi aşağılamağa çalışsalar da, ancaq bu belədir.
2. Etiraf edirım ki, unuiversitetə mal – qara otara – otara hazırlaşmışam. Continue Reading Etiraf )))…
“5 – 6 uşaq…” – 2
Dekabr 13, 2011 tarixində, saat 10:42 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazınPublisist Zahir Əzəmət bir neçə il bundan əvvəl bir yazı yazmışdı. O yazının adı belə idi: “5-6 uşaq…”. Yazı yazılan kimi böyük marağa səbəb oldu, müzakirələr başladı. Dediyim kimi yazı bir neçə il bunda əvvəl yazılsa da, hər dəfə gənclərə qarşı repressiyalar olanda bu yazını çoxları xatırlayır və paylaşır.
O yazını oxumayanlar narahat olmasın. Yazını burda yerləşdirəcəm və sizdə oxuyacaqsınız. Keçim öz yazıma.
Bəli biz cəmi 5-6 uşağıq. Ortada 5-6 uşaq var. Bütün işləri biz görməliyik kimi bir misiya götürmüşük üzərimizə. Cəmiyyət hər şeyi bizdən gözləyir, çox vaxt hakimiyyət bizimlə məzlənir. Continue Reading “5 – 6 uşaq…” – 2…
WordPress.com Bloqu.
Entries və şərhlər feeds.