“Şəhidlər Xiyabanı”nı ziyarət etmək istəyən dalğaçılar polis tərəfindən saxlanılıb

Aprel 28, 2009 tarixində, saat 12:12 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

vafa1


Dalğaçı gənclər saat yarım saxlandıqdan sonra xəbərdarlıqsız sərbəst buraxılıb

Bu gün Dalğa Gənclər Hərəkatının bir qrup fəalı 28 aprel ADR-in sovet rejimi tərəfindən işğal olunmasının 89–cu ilini pisləmək məqsədi ilə “Şəhidlər Xiyabanı”nı ziyarət etmək qərarına gəlmişdir.

Bu məqsədlə adı çəkilən əraziyə toplaşan dalğaçılar, gözləmədikləri bir anda polis hücumuna məruz qalmışdır. Polis zor tətbiq edərək 9 dalğaçı gənci qanunsuz olaraq saxlamış və 9-cu polis bölməsinə aparmışdır.

Hal hazırda Dalğa GH fəalları – Emin Əliyev, Vəfa Cəfərova, Rövşən Nəcəfov, Murad Qasımov, Araz Qasımov, Elşən Poladlı, Loğman Əliyev, Qala Novruzov və Ramin Hacılı Polis bölməsində qanunsuz olaraq saxlanılır.

Qeyd edək ki, təşkilat üzvləri “Şəhidlər Xiyabanı”nı ziyarətdən etdikdən sonra Lənkəran Dövlət Universitetindən qanunsuz xaric edilmiş, Dalğa GH-nin cənub regional ofisinin sədri Pərviz Əzimovun hüquqlarını müdafiə etmək məqsədi ilə “Nəbatat” bağında Açıq Hava Teatrı təşkil etməyi planlaşdırırdılar. Dalğa GH-dən verilən məlumata görə adıçəkilən teatr polisin müdaxiləsi nəticəsində baş tutmasa da, dalğaçılar bu aksiyanı növbəti günlərin birində keçirməyi qərar alıblar.

Bölmədə onların yalnızca ad, soyad və yaşadıqları ünvan götürülüb. Onlara hər hansı bir xəbərdarlıq olmayıb. Buna səbəb isə, polisin heç bir qanun pozuntusu aşkarlaya bilməməsi olub. Dalğaçılar polis bölməsində saat yarım saxlandıqdan sonra sərbəst buraxılıblar.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: