“söyüd ağacı” universitetdən qovuldu

Aprel 28, 2009 tarixində, saat 9:15 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Yazan: Maarif Çingizoğlu

Lənkəran Dövlət Universitetinin sonuncu kurs tələbəsi Pərviz Əzimov təhsilini başa vurmasına ay yarım qalmış ali təhsil müəssisəsindən xaric edilib. Universitet rəhbərliyi tələbənin daxili nizam-intizam qaydalarını pozduğuna görə qovulduğunu bildirir. P.Əzimov isə universitetdəki rüşvət və korrupsiya hallarından yazdığına və bir az da fəal tələbə olduğuna görə qovulduğunu iddia edir. P.Əzimovun sözlərinə görə, təhsil aldığı müddətdə bir qəpik də olsun rüşvət verib qiymət almayıb. Bu səbəbdən də deyir ki, Lənkəran Dövlət Universitetində onu bar verməyən «söyüd ağacı» adlandırırmışlar. P.Əzimov deyir ki, əvvəl onu daxili nizam-intizam qaydalarını pozmaqda günahlandıran universitet rəhbərliyi indi də bəzi qəzetlərə verdiyi müsahibəsində onu narkotika satan bir tələbə kimi təqdim edir. P.Əzimovun universitetə bərpa olunması tələbiylə onun hüquqlarını müdafiə edən «Dalğa» Gənclər Hərəkatı prezidentə, Baş prokurora, ombudsmana və Təhsil Nazirliyinə müraciət edib. «Dalğa» Gənclər Hərəkatında Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rövşən Nəcəfov deyir ki, hələlik müraciət etdikləri ünvanlardan cavab gözləyirlər. Təhsil Nazirliyi universitet rektoruna rəsmi məktubla müraciət edib. Amma rektorun bu məktuba cavabı mənfi olub. Təhsil Nazirliyində İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, rektorun nazirliyə verdiyi cavabda P.Əzimovun yenidən universitetə bərpa olunmasının mümkün olmadığı bidirilib. Bu baxımdan da İ.Pirməmmədov deyir ki, əlac qalıb məhkəməyə.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: