TƏLƏBƏ YAZDIĞI YAZIYA GÖRƏ UNİVERSİTETDƏN XARİC OLUNDUĞUNU İDDİA EDİR

Aprel 28, 2009 tarixində, saat 8:54 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Çap et E-Məktub
17.04.2009 20:55
Bu gün (17 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Dalğa” Gənclər Hərəkatın (GH) cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı Lənkəran Dövlət Universitetindən (LDU) xaric edilməsi ilə bağlı mətbuat konfransı keçirdi.
Tədbirdə “Dalğa” Gənclər Təşkilatının sədri Vəfa Cəfərova, DG-nın bir neçə üzvü, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov və başqaları iştirak edirdi.
İlk çıxış edən P.Əzimov bildirib ki, onu LDU-dən daxili nizam intizam qaydalarını pozduğu bəhanəsi ilə xaric ediblər. Ancaq əsas səbəbi “Cənub xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında “Qapalı otaqlarda açıq bazar” yazısının dərc edilməsidir. Bundan bir ay əvvəl 2009-cu ilin yanvar ayının 25-də “Alma” qəzeti “Lənkəran Universitetində rüşvət qalmaqalı” adlı yazı çap etdirib.  Daha sonra bu yazı qaynar.info informasiya agentliyində, cənub xəbərləri qəzetində və digər saytlarda dərc olunub. P.Əzimov qeyd etdi ki, bu yazıdan sonra təlim tərbiyə işləri üzrə prorektor Kamran Kazımov və digər məsul şəxslər tərəfindən ona və məqalə üçün müsahibə vermiş tələbələrə qarşı təzyiqlər olub: ”Universitetin iqtisadiyyat və texnologiya fakültəsinin dekanı Əlixan Bədəlov universitetin tələbəsi Rüstəmov Elviri öyrədərək mənimlə universitetdə kiçik bir insident yaratmasına təhrik edib. Elvir də məni universitetin həyətinə çağıraraq zarafatyana itələdi. Elə bu an Əlixan Bədəlov məni dekanatlığa apardı və hadisə ilə bağlı izahat tələb etdi. Öz izahatımda mən heç bir dava etmədiyimi bildirdim”. Bundan sonra, yəni fevral ayın sonunda universitetin rəhbərliyi P.Əzimovun iştirakı olmadan məsələsini müzakirə edərək onu universitetdən xaric ediblər. Bu barədə xəbər tələbəyə üç həftə sonra bildirilib. Əzimovun valideynləri isə universitetə gedib, məsələyə aydınlıq gətirməyə istəyiblər. Ancaq müəllimlərdən biri onlara deyib ki, “sevinin ki, onun cibinə “qara” atmayıblar.
Tələbə universitetdən xaric edilməsini qanunsuz hesab edərək, Təhsil Nazirliyinə, millət vəkillərinə – Elmira Axundovaya, Asim Mollazadəyə, Rüfət Quliyevə müraciət etdiyini və LDU-nu məhkəmə verəcəyini söylədi.
Vəfa Cəfərova öz çıxışında “Dalğa” GH-nın P.Əzimovun hüquqlarını müdafiə komitəsi yaratmaqla məşğul olduğunu, bundan əlavə yüzlərlə oxucunun tələbənin müdafiəsi üçün imza topladıqlarını bildirdi.
Məsələ ilə bağlı LDU-nun prorektoru Şövkət Baxşıyeva ilə əlaqə saxladıq.
O, bildirdi ki, Pərviz Əzimov daxili nizam intizam qaydalarını pozduğu üçün universitetdən xaric olunub. Həmçinin, Ş. Baxşıyeva əlavə edib ki, P. Əzimov narkobizneslə məşğul olduğunu şübhələnirlər: “Biz onu bir dəfə yoxlamışıq, amma heç nə çıxmadı” – deyə bildirib.
RATİ


Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: