Pərviz Əzimov bu gün məhkəməyə müraciət edəcək

May 12, 2009 tarixində, saat 8:31 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

LDU-nun rektoru Asəf İsgəndərov məsələyə aydınlıq gətirmək istəmir

Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu gün məhkəməyə müraciət edəcək.

Universitet rəhbərliyi P.Əzimovu təhsil ocağının daxili nizam-intizam qaydalarını pozmaqda və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz əməllərindən çəkinməməkdə günahlandırır.
P.Əzimovun sözlərinə görə, təhsili ilə bağlı heç bir problem tapa bilməyən rəhbərlik onu iqtisadiyyat fakültəsinin tələbəsi Elnur Rüstəmovla dalaşıb onu döyməkdə günahlandırır: “Onlar bu məsələni əsas gətirərək məni universitetdən çıxarıblar. Ancaq məhkəmədə hər şey öz hüquqi həllini tapacaq”.
Universitetin iqtisadiyyat fakültəsinin tələbəsi Elnur Rüstəmov isə qəzetimizə açıqlamasında bildirdi ki, P.Əzimovla həqiqətən də mübahisələri olub: “Bir dəfə bizim kiçik bir mübahisəmiz oldu və biz mübahisə edən vaxt universitetin İqtisadiyyat fakültəsinin dekanı Əlixan Bədəlov bunu gördü.  Bizi çağırdılar və izahat aldılar. Sonra özləri bu izahatı hüquq-mühafizə orqanlarına veriblər. Bu məsələni böyütməyin heç bir əsası yox idi. Çünki bütün tələbələr arasında belə kiçik söz-söhbətlər olur. Buna görə universitetdən tələbə qovmazlar”.
Məsələ ilə əlaqədar mövqeyini öyrənməyə çalışdığımız LDU-nun rektoru Asəf İsgəndərov telefon zənglərimizi və e-mail ünvanına göndərdiyimiz sorğunu hələ də cavabsız qoyur.
Mövzuya qayıdacağıq.

Vüsalə ABBASOVA

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: