LDU-dan qovulan tələbə Norveç səfirliyində olub

May 13, 2009 tarixində, saat 12:07 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

LDU-dan qovulan tələbə Norveç səfirliyində olub

Pərviz Əzimov: «Əflatun Amaşov mənim problemimlə maraqlanmaq istəmir»

Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı ali məktəbə bərpası məsələsi hələ də sual altındadır.
P.Əzimov deyir ki, onun problemi ilə əlaqədar gənclər təşkilatları tərəfindən başlanan kampaniyaya Neft Akademiyasında baş vermiş məlum hadisələrlə əlaqədar 10 gün ərzində fasilə verilmişdi: “Biz bu günlər ərzində də aidiyyəti orqanlara müraciətlər edirdik. Ötən həftə ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson Lənkərana getdi və Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovla görüşüb. A.İsgəndərov T.Devidsona deyib ki, çalışacağıq məsələ həll olunsun. Ancaq hələ ki, rektor mənim yenidən universitetə bərpa olunmağım üçün heç bir addım atmır. Hüquq müdafiəçisi Fuad Həsənovla Norveç səfirliyində olmuşuq. Səfirlikdə bizi Norveç səfirliyinin birinci katibi Riçard Skarboro qəbul etdi və bildirdi ki, səfir məsələ ilə yaxından maraqlanır və yaxın vaxtlarda təhsil naziri Misir Mərdanovla görüşməyi planlaşdırır. Onlar mənim məhkəmə prosesimdə də iştirak edəcəklərini və əllərindən gələn bütün köməyi edəcəklərini dedilər”.
P.Əzimov əlavə edib ki, hazırda onun ən böyük narazılığı Mətbuat Şurasının sədri Əflatun Amaşovdandır: “Çünki universitetdən qovulmağımın əsas səbəbi jurnalist fəaliyyətimlə bağlıdır. Ə.Amaşova dəfələrlə rəsmi  müraciət etmişik. Görüşmüşük, məsələni araşdıracağını desə də, ondan heç bir rəsmi cavab almamışıq. Bundan başqa, ölkə prezidentinə də yenidən müraciət ünvanlamışıq”. // Vüsalə ABBASOVA, Bizim Yol

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: