Haqqa doğru

Dekabr 18, 2009 tarixində, saat 9:54 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Son dövlər bəzi dostlarımız, xüsusən də köşə yazarı olan bəzi dostlarımız bizləri, konkret desəm Dalğa Gənclər Hərəkatını  tənqid atəşinə tutublar. Bu tənqidlər həm onların köşlərində həm də istifadə etdikləri sosial şəbəkələrdəki səhifələrində yer alır. Konkret desək bu tənqidlərin əsas müəllifləri daha çox “Azadlıq” qəzetinin bəzi köşə yazarları və digər yazarlardır. Bu ssrada canım dostum Natiq Güləhmədoğlu (bu şəxsə bir dəfə öz köşəmdə kiçik bir “çimdik” vurmağa çalışmışdım. Əvəzində isə yağlı bir şapalağla qarşılaşmışdım. Deyəsən hələ ağıllanmamışam) və onun dostları xüsusi fədəkarlığı ilə seçilir.

Bu cənablar öz tənqidlərini aşağıdakı bir neçə fikirləri ilə izah etməyə çalışırlar;

1. Dalğa GH artıq susub və bu o dəməkdir ki, sizlər artıq yoruldunuz və qəbul edin ki, mübarizə üçün doğru yol seçməmişdiniz.

2. Dalğa GH bizim “xalq düşməni” elan etdiyimiz cənab Asim Mollazadə ilə əməkdaşlıq edir və bu ona işarədir ki, sizlərdə satılmısız.

3. Dalğaçılar hələdə anlamır ki, bu xalqın bir düşməni var, o da bu günki siyasi hakimiyyətdir. Və s.

Bu ittihamların müəllifləri yuxarıda qeyd etdiyim Natiq bəy və digər yazarlardır. Bu yazımda söylənilən ittihamlara cavab verməyə və eyni zamanda mənim üçün də qaranlıq qalan bəzi sualları dəyərli tənqidçilərimizə ünvanlamağa çalışacam.

Qeyd edim ki, mən Dalğa GH-nin rəsmi sözçüsü və ya mətbuat katibi olmasamda bir Dalğaçı kimi öz fikirlərimi yazacam.

Beləliklə başlayaq ilk ittihamdan.:

Cənablar deyir ki, siz artıq susmusunuz. Mən isə deyirəm ki, biz heç vaxt susmamışıq və bu gün də. Sadəcə olaraq bu günlərdə keçirəcəyimiz qurultay və təşkilat rəhbərliyinin yeni üzvlərlə əvəzlənməsi prosesi getdiyi üçün bəzi tədbirlərə qısa bir ara vermişik. Yəqin etiraf edərsiniz ki, Dalğa GH-nın ölkədə həyata keçirtdiyi aksiyalar, kompaniyalar və digər tədbirləri Azərbaycanda fəaliyyət göstərən heç bir təşkilat həyata keçirtməyib. Bu günki “fəaliyyətsizliyimiz”in də səbəbi sadəcə olaraq yuxarıda göstərilən məslələrdir.

Gələk ikinci ən əsas ittihama. Bəli biz Asim bəylə əməkdaşlıq edir və ADİP bizim partnyorlarımızdan biridir. Bunun da bir neçə səbəbi var. Əvvəla ona görə ki, bizim fəaliyyət növümüz və hadisələrə baxış bucağımız ADİP-in fəaliyyət növu və baxış bucağı ilə uyğundur. Bu yaxınlığımızın digər bir səbəbi isə hərəkatımızın bir neçə üzvünün ADİP-də fəaliyyət göstərməsidir. Üçüncü, ona görə əməkdaşlıq edirik ki, Asim bəy və ADİP bizlərə daim dəstək olur. Çox uzağa getmərəm. Başıma gələn bu universitet olayından misal gətirəcəm. Bəli məni bu olayda rəsmən müdafiə edən ilk siyasi partiya və ilk millət vəkili məhz ADİP və Asim Mollazadə oldu. Sonralar bu sıraya digər partiya və millət vəkilləri qoşulsa da, ölkənin ana müxalifət adlandırılan siyasi partiyalardan və onların liderlərindən heç sadəcə bir bəyanatda eşidilmədi. İndi deyin görək siz olsaydınız kiminlə əməkdaşlıq edərdiniz.

Növbəti ittihamın cavabı isə çox sadə və qısadır. Cənablar sizə öz həyat prinsipimə çevirdiyim bir cümləni yazacam. “Biz düşmən yaratmırıq və düşmən axtarmırıq. Biz alternativ yaradırıq, çünki düşmən olan yedə itki var. Bizlər isə heç kəsi itirmək istəmirik”.

Bu xalqın düşməninə gəldikdə isə. Mənim fikrimcə bu xalqın yeganə düşməni onun haqqını tapdalayan hər bir şəxsdir. Bu istər ölkə vətəndaşı, istərsə də əcnəbi ola bilər.

Məncə cavab verməyim kifayətdir. İndi isə bu ittihamları səsləndirən bəzi  cənablardan, xüsusi ilə cənab Natiq Güləhmədoğlundan, Qan Turaldan mənə qaranlıq qalan bəzi məslələrə aydınlıq gətirməsini xahiş edəcəm.

Cənablar yəqin ki, xatırlayarsınız. Təqribən bir ay bundan əvvəl “Azadlıq” qəzetinin bəzi köşə yazarları o cümlədən sizlər “Yeni Müsavat” qəzetini və xüsusəndə cənab Rauf Arifoğlunu tənqid atəşinə tutmuşdunuz. Daha sonra Rauf bəy Qənimət zahidə bir məktub yazdı və ilk öncə sizin kollektiv daha sonra isə cənab Qənimət Zahid şəxsən özü məhbəsdən bu məktuba cavab yazdı. Cənab Qənimət Zahid yazmışdı ki, məsələni sülh yolu ilə həll edin. Sonra redaktorlar oturub bir çay içdi və yazılarınıza bir son qoyuldu. Mənə isə maraqlı olan odur ki, sizə nə dedilər ki, susdunuz, yoxsa tənqid etdiyiniz “Yeni Müsavat” qəzeti siz istəyən formada dəyişdi. Məncə yox qəzet elə həmən qəzetdi. Bəs nə oldu?

İnciməyin amma buradan belə bir nəticə çıxır ki, Qənimət bəy sabah sizə yazsa ki, daha filan nazir haqda yazmayın, siz yazmazsınız?

Digər bir sual. Yox. Qoy bu sual sonraya qalsın. Oxucunu yormayım.

P. S. Oxucu üçün qaranlıq qalmasın deyə qeyd edim ki, “Azadlıq” qəzeti mənim gündəlik oxumağa çalışdığı 3 qəzetdən biri və bəlkə də birincisi, Natiq və Tural isə köşlərini oxuduğum 5- 6 yazardan ikisidir.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: