Jurnalist rəzaləti…

Fevral 4, 2010 tarixində, saat 6:39 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh

ANS-in aparıcısı Turanı yəqin ki, çoxunuz tanıyırsız. Tanımayanlar üçün qısa bir arayış verim ki, söhbət Lider kanalında “Fortuna” verilişini aparan iki aparıcıdan biri, sonradan hansısa bir kanalda “ziq-zaq” verilişini aparan Turandan gedir. Deməli belə… Turan aparıcılıq etdiyi verilişlərdə jurnalist etikasına xələl gətirməklə məşğuldur. Hazırda Turanın aparıcılıq etdiyi veriliş ANS-də yayımlanan “Günəbaxan”dır. Verilişin formatını tam anlamasam da (eyni vaxtda həm yemək bişirirlər, həm oynayırlar, tullanıb-düşürlər – rəqs edirlər, həm də hansısa bir problem ətrafında “müzakirə” açıb – ağlayıb sızlayırlar) deyilənə görə, populyar verilişlərdəndir. Proqramda hər dəfə bir mövzu müzakirəyə qoyulur – verilişə bu mövzu ilə bağlı problemləri olan vətəndaşlar, ekspert qismində də qonaqlar dəvət edilir. Təqribən iki həftə bundan əvvəl olan proqramın mövzusu “ərləri tərəfindən aldadılan xanımlar və bunun baş vermə səbəbləri” idi. Beləliklə, verilişə bu məsələ ilə bağlı problemi olan iki xanım dəvət edilmişdi. Hər ikisi ərləri tərəfindən xəyanətlə üzləşmişdi. Səhv etmirəmsə xanımlardan birinin işi ilə bağlı məhkəmə çəkişmələri olmuşdu. Həmin məhkəmə çəkişmələrindən çıxan xanıma bizim Turan belə bir sual verdi:

– Xanım sizin qardaşınız və ya atanız yoxdur?

– Var.

– Bəs onlar bu işə necə baxır?

– Nə etsinlər ki?

– Necə yəni? Burada mentalitet məsələsi, namus məsələsi var.

– ….

Siz aparıcının verdiyi suala diqqət yetirdinizmi? Suallarda məqsəd insanların problemini həll etmək yox, məsələni dərinləşdirmək, qəlizləşdirmək, hətta faciəyə sürükləməkdir. Aparıcı insanların mentalitetə necə həssas yanaşdığını bilib, onları provakasiyaya çəkməyə çalışır. Bəlkə də xanımın qardaşı həmin vaxt bu verilişə baxır və hansısa aparıcı tərəfindən qeyrətsizlikdə ittiham olunur. Siz onun düşdüyü vəziyyəti təsəvvür edə bilirsinizmi? Birisi mənə desin aparıcının bu hərəkətləri hansı jurnalist etikasına sığır? Bu hələ son deyil.

Yanvar ayının 26-sında təsadüfən yenə bu verilişə baxırdım. Bu dəfə də mövzu ailə məsələləri ilə bağlı idi, amma bir az fərqli formada. Daha dəqiq desək, mövzu belə idi: “gənc qızların varlı, yaşlı kişilərə ərə getməsi nədən irəli gəlir?” Belə bir həyat tərzi yaşayan xanım efirə dəvət olunmuşdu. Xanım efirə üzüaçıq çıxmaq istəsə də, bəzi nüansları (mentaliteti yəqin ki, axı bu bütün bəşəriyyətin ağrılı problemidi) nəzərə alıb onun üzünü örtmüşdülər. Bəli, xanım nə səbəbdən imkanlı və yaşlı bir kişi ilə birgə yaşaması haqda danışmağa başladı. Xanım deyirdi ki, onu bu yola sürükləyən səbəb maddi vəziyyəti ilə bağlı olub. Xanım çox kasıb bir ailədə yaşayıb, çox kasıb bir həyat sürüb və bu vəziyyətdən çıxış yolunu yaşından asılı olmayaraq bir insanla yaşamaqda görüb. Bu arada qeyd etmək istəyirəm ki, xanım ali təhsilli jurnalistdir, birgə yaşadığı adam başqa bir xanımla qanuni nikahdadır və həmin qadının bunların münasibətlərindən xəbəri yoxdur. Xanım özü haqda qısa arayış verdikdən sonra aparıcı Turan verilişə iki eksperti – bir psixoloqu və Qadın Krizis Mərkəzinin rəhbərini dəvət etdi. Ekspertler də məsələylə bağlı öz fikirlərini bildirdilər. Qəflətən Turan bu xanıma bir sual ünvanladı:

– Əgər siz hansısa imkanlı bir kişi ilə qanuni nikahda olsaydız və sizin həyat yoldaşınız başqa bir xanımla hazırda siz yaşadığınız bir formada, yəni qeyri-qanuni yaşasaydı buna necə baxardınız?

Xanım cavab verdi:

– Çox normal baxardım. Ona görə ki, o xanımın vəziyyətini düşünərdim və özümün də bir vaxtlar belə bir vəziyyətdə olduğumu nəzərə alıb normal qarşılayardım, hətta sevinərdim, çünki ən azından yoldaşım bir şəxsin yaxşı yaşamasına yardım etmiş olur.

Bu zaman aparıcı coşdu və xanıma dedi:

– Siz özünüzü günahkar hiss etmək əvəzinə özünüzü müdafiə edirsiz, hələ bu azmış kimi, bunu təbliğ də edirsiz. Xahiş edirəm durun və studiyanı tərk edin. Xanım pərt oldu və məyus bir halda studiyanı tərk elədi. Pah, nə gözəl, nə pakizə… Tutalım ki, o qadın səhv edir, yaşadıqlarından dolayı psixologiyası pozulub, ona dəstək olmaq əvəzinə, ona səhvini başa salmaq əvəzinə görün, aparıcı nə edir? Harda görünüb ki, bir şəxsi verilişə dəvət edəsən sonra onu minlərlə – milyonlarla tamaşaçının önündə təhqir edib, studiyadan qovasan.

Bilirsiz insana daha çox təsir edən nədir?! Bütün bunlar qadın hüquqlarını müdafiə edən “Qadın krizis mərkəzi”nin rəhbəri olan yerdə baş verir. Bu nə biabırçılıqdı, bu nə rəzalətdir? Dünyaın heç bir yerində belə bir rəzalətlə rastlaşmazsız. Adam sadəcə olaraq Turanla həmkar olduğu üçün xəcalət çəkir. Günah aparıcıda deyil, ANS kanalındadı ki, bu halların baş verməsinə şərait yaradır…

Pərviz Əzimov

pervizezimov@gmail.com

Advertisements

2 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. sagole qardasim. tam haqlisan. ureyimden tikan cixartdin lap

  2. Bu yaziya gore sene minnetdaram…


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: