Camal Əli axtarılır

Mart 15, 2010 tarixində, saat 11:41 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh

2006-cı ildə musiqi aləminə bu adda bir rep daxil olmuşdu: “Bir damla həqiqət”.
O vaxt bu repi eşidəndə çox sevinmişdim. İlk dəfə idi ki, hansısa bir musiqi Məmməd Əmin Rəsulzadənin nitqi ilə başlayırdı, ilk dəfə idi ki, Azərbaycanda tam siyasi mövzuda bir rep eşidirdim. Deyirdilər ki, bu repin müəllifi HOST adlanan qrupdur. İndi HOST bu repdən imtina edib…
Keçim əsas mətləbə. Həmin repi oxuyan qrupun adı “yalan” çıxsa da, repi oxuyan şəxsin adı dəqiq yadımdadır. Bu Camal Əli adlı bir şəxs idi. Həqiqətən Camal Əli bu repi o qədər gözəl yazmışdı ki, insan qulaq asanda qəlbən ona minnətdarlıq eləmək istəyirdi.
İstər o zaman, istər indi kim bu repə qulaq asırsa – “bu oğlanı mütləq həbs edəcəklər” deyir.
Camal Əli özü də deyirdi:

Səsim gəlməsə həbsdəyəm yəqin,
Ya da elə uzaq surgündəyəm ki,
Orda studiyalar fəaliyyət göstərmir.

Başqa bir yerdə isə deyirdi:
Bilən görür,
Görən susur,
Camal Əli isə susmur.
Bilsə belə ki, sabahına qan qusur.

Uzun zamandır, artıq 4 il keçir bu repin yazılmasından, ancaq bu repdən sonra bir dəfə də olsun onun səsi eşidilməyib. Mən narahatam. Camal Əli tutulubmu, sürgündədirmi, qan qusurmu?
Bu cəmiyyətin insanı niyə özü-özünü aldadır? Niyə yalançıdır? Axı hər deyilən yalan bir inamsızlıq yaradır insanlarda, axı hər yerinə yetirilməyən söz yeni bir pessimizmin əsasını qoyur, cənab Camal Əli.
Əslində Camal Əlinin daha rep aləmində görünməməsinin səbəbini bilirəm. Məndə olan məlumata görə, HOST adlanan qrup bu repdən imtina etdiyi üçün (niyə imtina etməsi məlumdur) Camal Əli də onlardan inciyib. Ancaq yenə də bu verilən sözün yerinə yetirilməməsi üçün əsas deyil.
Bəlkə də bu yazım Camal Əliyə heç çatmayacaq. O üzdən deyirəm, əgər kimsə Camal Əlini tanıyırsa və ya Camal Əli bu yazını oxuyursa səsimə səs versin.
Bəlkə həqiqətən həbsdədir. Bizə də desin. Dinləyiciləri kimi ona baş çəkmək istərdik. Bəlkə də Camal Əli uzaq sürgündədir. O zaman uğurlu istirahət arzulayıram.
Amma mən yenə də ümidvaram ki, o nə vaxtsa dönəcək və yenə də SİYASƏT, ƏLDƏ OYUNCAQ deyəcək.

2 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Salam. Camal hal-hazırda Türkiyənin Ankara şəhərində təhsilini davam etdirir. Və heç bir sürgün filan söhbəti yoxdur. Və HOST qrupunun üzvləri ilə də əlaqəsi çox yaxşıdır. Onu ən son görənlərdən biri kimi deyə bilərəm ki, hər şey yaxşıdır… Və boş şayələrə inanmaq lazım deyil. Uğurlar

    hər hansı sual olsa yenidən rocky.hosted@gmail.com ünvanına yaza bilərsiniz…

  2. qaqam o ne hebsdedi ne seferde ne siyasetde ne muxalifetde ne de ki Azerbaycanda!


istiqlal üçün bir cavab yazın Cavabı ləğv et

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.