Sevgi və qorxu

Mart 29, 2010 tarixində, saat 5:46 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Azərbaycanlı valideynlərə…

Kimi isə sevmək bəlkə də ondan ötru qorxmaq deməkdir. Bu o deməkdir ki, əgər bizlər kimləri sevirksə demək onlardan otru qorxuruq. Bu qorxu bizlərə xəyanət ediləcək deyə yaranmır, bu qorxu o sevdiklərimizə zərər gələ biləcək deyə yaranır. Qorxuruq ki, bir gun kimlərsə sevdiklərimizi incidər, kimlərsə onları bizim əlimizdən almağa çalışacaq və deməli sevgi və qorxu bir birini tamamlayır. Əgər kimisə seviriksə, demək ondan ötrü qorxuruq. Bu gün ki, yazımın mövzusu heç də sevgi fəlsəfəsi haqqında danışmaq deyil, sevgidən yaranan qorxu və bunun acı nəticələri haqqında danışmaqdı.

Bu  dünyada insanı ən çox sevənlərin birinciləri onun validynəridir. Bu sevgi hətta bizim onlara olan sevgimizdən də çoxdur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq, deməli onlar bizdən ötrü həmdə qorxurlar və  bu bizim ən böyük bəlamıza çevrilir. Azərbaycan gənclərinin əksəriyyətinin ictimai – siyasi fəaliyyətdən uzaq durmasının başlıca səbəbinin valideyn səddinin olması heç birimizə sirr deyil. Bundan hər birimiz əziyyət çəkirik. Aramızda elələri də var ki, bəzən iki yoldan birini seçmək sualı qarşısında da qalıb. Mən də bir gənc kimi belə hallarla çox rastlaşmışam və şükürlər olsun ki, bu maneəni hər zaman dəf edə bilmişəm. Ancaq bir müddət bundan əvvəl eşitdiyim bir hadisə bu tipli hadisələrin ən pik nöktəsi oldu məncə. Bildiyiniz kimi dekabr ayının 1-i Dalğa Gənclər Hərəkatı özünün IV qurultayını keçirtdi və bu qurultayda növbəti 1 ildə hərəkata sədrlik edəcək şəxs müəyyənləşdi. Bu şəxs hərəkatımıza yeni qoşulan gənc fəal Rahim Mahmudzadə oldu. Qurultaydan cəmi bir həftədən biraz çox vaxt keçməsinə baxmayaraq cənab Rahim Mahmudzadə istefaya getmək məcburiyyətində qaldı.

Səbəb?

Səbəb hamınızı fikirləşdiyi kimidir. Valideyn səddi. Bəli, eşitdiyimə görə Rahim bəy sədr seçildikdən sonra yaşadığı rayonda valideynlərinə övladlarının bu addımına görə böyuk təzyiqlər olub. Müxtəlif növ hədə qorxular gəliblər və … “Biçarə valideynlər”də övladlarını məcbur ediblər ki, hərəkatdan ayrılmalısan.

Əziz valideynlərimiz, canlarımız sizlər hər zaman bizə deyirsiz ki, heç bir şey dəyişən deyil, ancaq özünüz belə unudursuz ki, bu məmləkətdə bir neçə il bundan əvvəl sovet rejimi kimi güclü bir rejim olub və bu xalq, özü də məhz sizlər onu dağıtdınız. Bəs nədən bizlərə bədbin məsləhətlər verirsiniz? Necə olur ki, siz o boytda SSR-ni dağıtdınız, ancaq biz azadlığımızı sübut edə bilməyəcəyik? Zatən bizlər çox bir şey istəmirik. Sizlərin bizi çox sevdiyini və bu üzdən qorxtduğunuzu bilirik. Ancaq bir məsələ var. Əgər biz bu gün sussaq və sizin dediyiniz kimi “başımızı aşağı salıb” yaşasaq, rüşvət verib təhsil alsaq bunun əziyyətini biz çəkəcyik. Özü də təkcə bu dünyada yox.

Sizdən bir istəyimiz var. Bizə dəstək olmursunuzsa eybi yox, bizə mane olmayın. Bilirəm, bizə qarşı hansısa bir kompaniya olanda bundan ən azı szilər də bizim qədər əziyyət çəkirsiniz, ancaq neyləyək?! Başqa bir yolumuz yoxdur axı…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: