“Böyük oyun”a kiçik qeydlər

Mart 30, 2010 tarixində, saat 1:38 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bəli-bəli söhbət Xəzər Lənkəran – Neftçi oyunundan gedir. Əslində həqiqətən böyük oyun oldu. Bunun bir fotbol oyunu olmasını dəqiq deyə bilmərəm, amma burda bir oyun vardı. Əslində oyuna marağın bu səviyyədə olacağını gözləmirdim, çünki əvvəlki illərə nisbətən bu oyunlarda heç də çempionatın taleyi tam həll olunmur. Amma oyundakı qalmaqal bu oyuna olan marağın hələ də itməddiyini göstərdi. Jurnalist kimi qərəzsiz görünməyim vacibdir və yazı boyunca buna sadiq qalmağa çalışacağam. Bu oyunda kutlənin reaksiasına haqq qazandırmamaq günahsız olardı.

Oyundakı hakim qərarları ilə bağlı kifayət qədər ittihamlar səsləndirilib, ancaq bir məslə nədənsə diqqət mərkəzində saxlanılmır. Oyunun birinci hissəsində müəyyən səbəblər üzündən oyun 6-dəqiqədən çox müddətə dayandırıldı, amma nədənsə hakim birinci hissəyə cəmi 1 dəqiqə əlavə etdi.

Əlavə olunan vaxt elan olunanda bəziləri bunu normal qarşıladı, çünki ikinci hissədə bunun nəzərə alınacağı gözlənilirdi. iknci hissədə isə daha çox müdətə oyun bir neçə dəfə dayandırıldı və hamı gözləyirdi ki, hakim ikinci hissəyə ən azından 6-7 dəqiqə əlavə edəcək. Bamayaraq ki, bu da az olardı, ancaq hakimin ikinci hissəyə əlavə etdiyi vaxt cəmi iki dəqiqə oldu. Diqqətdən yayınan digər bir məqam. PFL və Neftçi rəsmiləri Xəzər Lənkəranı təhlükəsizliyi yaxşı qurmamaqda ittiham edir. gəlin bir məqama diqqət yetirək. Oyun boyu meydana atılan əşyalar nələr idi? qəpik, alışqan, oturcaqlar, bir neçə plastik və bir şüşə butulka. tamam, anlayıram şüşə və plastik butulkalar içəri buraxılmaya bilərdi. Bəs digər əşyalar? Nəzarət xidməti insanların cibindən qəpikləri və ya alışqanlarımı çıxartamlı idi yoxsa iddia edirsiz ki, skamyaları söküb sonra buraxmalı idilər stadiona? Allah sizi güldürsün. Az qala yadımdan çıxmışdı.

Bir ittihamınız da budur ki, təhlukəsizlik sistemi yaxşı olmadığından azerkeş meydana dail olub və hakimi döyüb. Heç olmasa ömrünüzdə bir dəfə dünya fotboluna baxin. Çox uzağa getməyin İngiltərə primerliqasına baxın. Hansı stadionda azerkeşlə stadion arasında çəpər olur? Nəzarətçi nə etməlidir ki, hakim və ya kimsə kütləni əsəbləşdiri. Yəqin ki, siz heç Ziqmont Freydin Kütlə Psixologiyasının bir səhifəsini belə oxumamısız. Oxusayız belə ittihamlar irəli sürməzdiz. Axı bu kütlədir və bunun bir sinir həddi var. Bununsa günahkarı Xəzər Lənkəran deyil. Düzdür mən Azerkeşlərin hərəkələrini tam mənada düzgün hesab etmirəm, amma hər şeyi stadion rəhbərliyinin boynuna atmaq da düzgün deyil axı. yuxarıda qeyd etdiyim kimi bu fotbol baxımından böyük oyun sayılmasa da digər bütün mənalarda böyük oyun idi.

pervizezimov@gmail.com

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: