Güneyli hərəkatçılara ölüm hökmü?

Aprel 12, 2010 tarixində, saat 8:44 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bir neçə gün əvvəl İranın efshageri.blogfa.com saytında yayılan məlumata görə, İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən 60 nəfər güney azərbaycanlı hərəkatçıya hökm oxunub. Saytın verdiyi məlumatda barələrində hökm oxunan hərəkatçıların adları da açıqlanıb. Siyahıda Güney Azərbaycan Azadlıq Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqani, Günaz TV-nin rəhbərlərindən olan Əhməd Obalı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının adları var. Qeyd edək ki, məlumat İranın rəsmi saytlarında yayılmasa da, Güney azərbaycanlılar arasında böyük narahatlıq yaradıb.
GAMOH-un Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı bu məlumatı qəzetimizə şərh edərkən bildirib ki, məlumat rəsmən təsdiq olunmasa da, o, bundan çox narahatdır:
“Əlimizə çatan bəzi bilgilərə görə, xaricdə yaşayan bir sıra Güney Azərbaycan hərəkatçılarına İran ETTELAAT-ı tərəfindən qiyabi olaraq ölüm hökmü oxunub və 60 nəfər ölüm hökmünə məhkum edilib! Saytın məlumatına görə, bizi bölücülükdə, Amerika, Avropa, Türkiyə ve Quzey Azərbaycana casusluq etmək ittihamları ilə mühakimə ediblər, ancaq biz bildiririk ki, bizim məqsədimiz soydaşlarımızın azadlığını təmin etmək və onların hüquqlarını qorumaqdır.”
Ağrı bəy məlumatın dəqiq olduğuna əmin olmasa da, bunun bir siqnal olduğunu bildirib: “Bu məlumatın doğru və ya yalan olduğu barədə heç bir şey demək olmaz, amma hər halda bu məlumatı yayanlar rejimin adamlarıdır”.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qəzetimizə açıqlamasında bu hökm barədə məlumatlı olmadığını, ancaq belə bir məlumat yayılıbsa bundan narahat olmağın vacib olduğunu dedi. Sabir Rüstəmxanlı deyir ki, əgər bu məlumat doğrudursa, bir daha sübut olunacaq ki, İranda bizim soydaşlarımıza həqiqətən zülm olunur və bu heç bir beynəlxalq hüquq normalarına uyğun deyil: “Biz DAK olaraq belə bir qərarı pisləyirik. Əgər məlumat təsdiqini taparsa, biz buna qarşı etirazımızı sərt şəkildə bildirəcəyik.”
Pərviz

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: