“DALĞA” LİDER TV-NİN CAVABINI VERDİ

Aprel 22, 2010 tarixində, saat 3:52 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

“Dalğa” Gənclər Hərəkatı aprelin 19-da Lider TV-nin “Gənc fəallarımız» separatçılarla Ermənistanda bir araya gəlib” başlıqlı xəbərinə cavab verib. Qeyd edək ki, Lider TV-nin xəbərində guya Dalğa Gənclər Hərəkatının üzvləri Ermənistanda keçiriləcək «Gənc hüquq müdafiəçiləri şəbəkəsinin yaradılması və onların öyrədilməsi» adlı layihədə iştirak edəcəyi deyilirdi.

“Dalğa”nın bəyanatında bildirilib ki, barəsində söhbət gedən tədbirdə iştirak edəcək şəxslərin hətta adları belə hələ məlum deyil. Bəyənatda bildirilir: “Tədbir iştirakçıları may ayında məlum olacaq. Dalğa Gənlər Hərəkatı olaraq bəyan edirik ki, bu günə qədər bu kimi tədbirlərdə iştirak üçün bizə dəfələrlə müraciətlər olmuşdur. Xalqımızın bu sahədə həssaslığını nəzərə alaraq, Ermənistanda təşkil olunan tədbirlərdə Dağlıq Qarabağın icması nəzərə alınmadığı üçün bu dəvətləri hər zaman rədd etmişik.

Dalğa Gənclər Hərəkatına adıçəkilən tədbirdə iştirakı ilə bağlı hər hansı bir rəsmi və ya qeyri-rəsmi müraciət olunmamışdır. Xüsusi olaraq qeyd edirik ki, üzvlərimizin xarici səfərləri və bu kimi tədbirlərdə iştirakı İdarə Heyətinin qərarı ilə olur. İdarə Heyətinin qərarları isə Dalğa Gənclər Hərəkatının rəsmi mövqeyidir.” Lider TV-nin xəbərində qərəz olduğunu deyən Gənclər Təşkilatı əlavə edir: “Bunu bilmək üçün hələ İdarə Heyətinə məlum olmayan tədbirdə iştirakçı kimi göstərilməyimiz, Qarabağ münaqişəsi ilə bağlı onlarla tədbir keçirməyimizə baxmayaraq (məsələn: 2007-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında Konqressin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını müzakirəyə çıxarmasının etiraz aksiyası, 2007-ci il fevral ayında Xocalı həqiqətlərini dünyaya çatdıraq aksiyası, Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan məcburi köçkünlərin su problemini qabartmaq məqsədi ilə vedrələrlə orada yaşayan məcburi köçkünlərə su daşıma aksiyası, qondarma soyqırımla bağlı ermənilərin Türkiyəyə qarşı apardığı kampaniyalara etiraz məqsədi ilə 2007-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında dəstək aksiyası və s. ), heç vaxt bu məsələ ilə əlaqədar tədbir keçirməməkdə ittiham edilməmiz, maddi maraqlarımızı milli maraqlardan üstün tutaraq, erməni separatçıları ilə bir masada oturmaq və bununla da xarici qüvvələrə xidmət etməkdə ittiham edilməyimizi və s. göstərmək olar.”

Bəyanatda daha sonra deyilir: “Biz inanırıq ki, Lider TV rəhbərliyi peşəkarlıqdan çıxış edərək, qarşı tərəf kimi ittiham etdiyi bizim və digər təşkilatların mövqeyini öyrənəcəkdir. Xəbərdəki yalnışlığa yol verən qeyri-peşəkar müxbirlərini cəzalandıracaq və bununla da daima Azərbaycanın inkişafı üçün çalışan gənc vətəndaşları öz vətəninə olan sevgisinə peşman etməyəcəkdir. Əgər Lider TV-nin mövqeyi bundan sonra da bu kimi ittihamlarla əks olunacaqsa, demək Dalğa Gənclər Hərəkatına qarşı xüsusi məqsədli qara PiaR həyata keçirilir. O zaman bu qara PiaR-ın səbəbini bizə qarşı, yəni öz vətəndaşlarına düşmənçilik mövqeyi kimi qiymətləndirəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, hansısa xarici qüvvələr Azərbaycan vətəndaşlarını öz vətənlərindən küsdürsünlər.” Xatırladaq ki, Lider TV-nin adı çəkilən verilişində deyilirdi ki, mart ayından Ermənistanın Vanadzor şəhərində Helsinki Vətəndaş Assambleyasının yerli ofisi ABŞ-ın demokratiyaya dəstək fondunun maliyyə dəstəyi ilə keçirilən «Gənc hüquq müdafiəçiləri şəbəkəsinin yaradılması və onların öyrədilməsi» adlı layihəyə Azərbaycan, Ermənistan və Gürcüstan daxil olmaqla, separatçı Dağlıq Qarabağ nümayəndələri də dəvət olunub. Kanal deyirdi ki, Azərbaycanda fəaliyyət göstərən «Dalğa» gənclər hərəkatı və Reportyorların Azadlığı və Təhülkəsizliyi İnsitiutundan bu layihədə təmsil olunan 8 adam qondarma DQR-in nümayəndələri ilə birlikdə bütün proseslərdə iştrak edəcəklər. Lider kanalı gəncləri “düşmən dəyirmanına su tökmək”lə ittiham edirdi. pia.az

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Perviz, qadan alaram necesen? Bu sohbeti ele yazmisan ki guya tezedi ele hemishe dalgaya qarshi qara PR olub ve olacaq ne qeder ki Dalga var ona qarshi olanlar da olacaq.Bu bizim bu cemiyyet ucun onemli biri oldugundan xeber verir!!!! sadece bizim uzerimize dushen agilli ve xalqimiz ucun deyerli olmagimizdi !!! Hem de ki, gara PRin ozu de bir piyardi !!! Azadligini sevgilerle Dalgalandir!!!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: