“ASİM MOLLAZADƏNİN YARATMIŞ OLDUĞU İMKANLAR MƏNƏ CƏLBEDİCİ GƏLİB”

İyul 18, 2010 tarixində, saat 10:20 axşam | Kateqoriya:MÜSAHİBƏ | Bir şərh yazın
Ramin HACILI: “Azərbaycan gənci öz gələcəyinə və ətrafda baş verən hadisələrə biganə yanaşır və hər şeyi başqasından gözləyir”

“Həmkar sualları” adlı rubrikamızda müxtəlif ictimai fəaliyyətlə məşğul olan şəxslərə elə onların öz həmkarlarının suallarını ünvanlayacağıq. Rubrikamızın ilk qonağı Dalğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılıdır. Ramin Hacılıya sual vermək üçün müraciət etdiyimiz Azərbaycanın əsas gənclər təşkilatlarının rəhbərləri ona sual verməkdən yayındırlar və Hacılıya suallarının olmadığını bildirdilər. Səbəbini biz də bilmirik. Sual verməyən adamların Ramin Hacılıdan qorxduğu və ya ona nifrət etdiyini düşünmək üçün əlimizdə əsas yoxdu. Beləlikdə müsahibəni təqdim edirik. Hansı gənclər təşkilatı rəhbərinin sualını görməsəniz bilin ki, o gənc Ramin Hacılıya sual verməkdən yayınıb.
Tural Abbaslı ( Müsavat Gənclər Təşkilatının sədri): Ramin Hacılı əvvəllər deyirdi ki, gənclər siyasi partiyalara qoşulmadan daha yaxşı mübarizə aparmalıdırlar. Bu söhbətin üstündən heç bir ay keçmədi ki, Ramin Hacılı Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri oldu. Bununla bərabər həmçinin Dalğadan ayrılmadı. Mənə maraqlıdır, Ramin bu addımı atanda öz fikirlərindənmi daşındı, ya fikirlərinin yalnış olduğunumu anladı?
Ramin Hacılı: Çox maraqlı sualdır. Tural Abbaslıya təşəkkürümü bildirirəm və düşünürəm ki, onun çox güclü hafizəsi və insanlara qarşı diqqəti var. Nəzəri baxımdan hər hansı bir siyasi karyera qurmağın yolu siyasi partiyada fəaliyyətdən keçir və mən bu yolu seçdim, amma həmin vaxt Dalğa Gənclər hərəkatı postundan istefa verdim. Dalğa Gənclər Hərəkatının nizamnaməsinə görə hər hansı bir siyasi partiyanın rəhbərliyində təmsil olunan şəxs eyni zamanda Dalğa GH-nin rəhbərliyində təmsil oluna bilməz, amma sıravi üzv ola bilər. Mən də nizanaməyə uyğun hərəkət etdim. Ola bilər ki, öz fikrimdən daşınmışam, ola da bilər ki, nəzəri biliklər və Asim Mollazadənin mənim üçün yaratmış olduğu imkanlar cəlbedici gəlib. Əsas odur ki, mən mövqeyimdən və tutduğum yoldan sapmamışam. Siyasi partiyalar və vətəndaş cəmiyyəti bir–birini tamamlayır və demokratikləşmə prosesində hər ikisinin rolu danılmazdır.
Orxan Qafarlı (“Gənclər platforması” ictimai birliyinin sədri): Ölkədə parlament seçkiləri yaxınlaşır. Ramin bəy necə düşünür, Gənclərin bu seçkilər ərəfəsində vahid bir koalisiya şəklində birləşməsinə ehtiyac varmı?
Ramin Hacılı: Orxan bəyə də sualına görə təşəkkür edirəm. Hazırkı situasiyada öhdəlikli birliklərdən qaçmağın tərəfdarıyam. Məsələn: Gənc namizədlərin çıxış etdiyi dairələrdə onların müraciəti əsasında digər gənclər həmin namizədlərə dəstək verə bilərlər və bu koalisiya şəklində yox, bir həmyaşıd borcu kimi olsa daha effektiv olar. Bu seçkilərdə bacardığım qədər demokratik xarakteri ilə seçilən namizədləri dəstəkləməyə və könüllü şəkildə dəstəkləməyə çalışacağımı bir daha bəyan edirəm.
Rəşad Camal (“Birliyə Doğru” əlil və kimsəsiz uşaqlara yardım” ictimai birliyinin icraçı direktoru): Cəmiyyətdə sosial məsuliyyətin insanlara aşılanması üçün Dalğa Gənclər Hərəkatı hansı işləri görür və hansı işləri görməyi planlaşdırır?
Ramin Hacılı: Suala görə təşəkkür edirəm. Dalğa Gənclər Hərəkatı sosial fəaliyyətlə müntəzəm məşğul olan bir hərəkat deyil. Bu sahədə ixtisaslaşmış təşkilatlarla əməkdaşlığa daha çox üstünlük verir, çünki biz belə düşünürük ki, hər sahənin öz peşakarları olmalıdır. Məsələn mən xatırlayıram ki, Dalğa GH-nin üzvləri “Böyük Bacılar, Böyük Qardaşlar” layihəsi çərçivəsində uşaqlar evində özləri üçün bir bacı və ya qardaş götürərək onlara dəstək olublar. Bu layihə çox uğurlu olduğu üçün Dalğa GH-nin Lənkəran nümayəndəliyi Lənkəran uşaqlar evində bu layihəni həyata keçiriblər. Gələcəklə bağlı planlar isə hərəkatın idarə heyəti tərəfindən formalaşdırılır, hansı ki, orada təmsil olunmuram və bu sahədə veriləcək qərarların icrasında iştirak etməyə hazıram.
Vüqar Salamlı (OL! Azərbaycan Gənclər Hərəkatının icraçı direktoru):
1.Dalğa Gənclər Hərəkatının yaradılmasında əvəzsiz rolun olub. Əminəm ki, bununla fəxr edirsən. Gənc olmağına baxmayaraq həyatında başqa hansı nailiyyətlər var ki, onlar da sənə bu qədər fəxr hissi verir?
Ramin Hacılı: Vüqar Salamlıya da təşəkkür edirəm! Əvvəla onu qeyd edim ki, son vaxtlar Vuqar Salamlı ən çox fəaliyyətini alqışladığım şəxslərdən biridir. Adam konkret başını salıb aşağı öz işləri ilə məşğuldur, başqalarına qarayaxma və texnologiyanın bizə bəxş etdiyi “facebook”u çayxana kimi istifadə etmir. Suala gəlincə, mənim həyatda ən böyük uğurlarım dostlarımdı. Qazanmış olduğum dostlarım var ki, onlar mənim yaşamam üçün ən böyük stimuldur. Belə dostları qazanmağa hər zaman maraq göstərirəm.
2. Azərbaycan gəncliyinin düşüncə tərzinin dəyişilməsi səni çox maraqlandırır. Mən bilmək istərdim ki, bu düşüncə tərzində hansı məqam səni daha çox narahat edir?
Ramin Hacılı: Ən çox narahat edən məqam biganəlik və ya özünəinam hissinin olmamasıdır. Azərbaycan gənci öz gələcəyinə və ətrafda baş verən hadisələrə biganə yanaşır və hər şeyi başqasından gözləyir. Nəticədə heç bir uğuru boşqabda almadığını gördükdə özünə və ətrafına nifrət saçmağa başlayır. Bu da nəticə etibarı ilə başqalarının uğuruna hər hansı bir neqativ ad qoymaqla, özünə haqq qazandırmaqla bitir. Əslində Azərbaycan gəncinin yaşadığı problemlər özünə inam hissinin olmamasından yaranır.
Zaur Əkbər (“Gənclər Klubu” İctimayi birliyinin sədri): Hazırkı ictimaisiyasi vəziyyətdə siz daha çox siyasi partiyanın gənclər təşkilatlarının, yoxsa müstəqil gənclər təşkilatlarının ölkədəki süstlüyü aradan qaldıracağına inanırsız?
Ramin Hacılı: Zaur bəyə də sualına görə təşəkkür edirəm! Mən, Azərbaycanda hər hansı bir dəyişikliyin özünü dəyişməklə baş verə biləcəyini düşünürəm. İstər partiya gənclər təşkilatı olsun, istər müstəqil, fərq etməz. Əsas odur ki, həmin təşkilat cəmiyyətə yeniliklər və səmimiyyət nümayiş etdirə bilsin. Başqalarına qarayaxma, agent axtarışı və məişət müstəvisindəki söhbətlər sovet dövründən Azərbaycan icitimai – siyasi həyatında mövcud olan və insanları iyrəndirən mövzulardır. Kim bu mövzulardan qaçaraq dedi-qodulara baş qoşmadan öz fəaliyyəti ilə məşğul olacaqsa, onlar da cəmiyyətdə böyük dəyişiliklərə nail olacaqlar.
HAZIRLADI: Pərviz ƏZİMOV
Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: