“AZƏRCELL” ABONENTLƏRİ NECƏ ALDADIR?

İyul 18, 2010 tarixində, saat 9:54 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 3 Şərh

Pərviz ƏZİMOV

Güzəşt kampaniyaları kimə xidmət edir, abonentə yoxsa, “Azərcell”ə?


Azərbaycanda faəliyyət göstərən mobil opertorların abonentləri təhqir etməsi, zaman-zaman onları aldatması yeni söhbət deyil. İstər mətbuatda, istərsə də xalq arasında bu məsələlər dəfələrlə müzakirə olunub. Belə aldatma və təhqiretmə planları bəzi operatorlar tərəfindən indidə davam etdirilir.
Demək olar ki, dünyanın bütün ölkələrində kontur anlayışı yığışdırılsa da, analoqsuz məmləkətimizdə bu məsələ hələ də analoqu olmayan şəkildə davam etdirilir. Əslində balansa yüklənilən məbləğin abonentə kontur şəklində verilməsi abonenti sözün həqiqi mənasında qoyun yerinə qoymaqdır. Lütfən, kim buna başqa bir ad tapa bilirsə yazsın.
Niyə?
Niyəsi budur, qardaşlar və bacılar. Yəqin hər biriniz diqqət etmisiniz ki, tez-tez mobil operatorların reklamlarında deyilir: “3 saniyə 1 kontur”. “Dostlarla 5 saniyə 1 kontur” və s. bu kimi ifadələr operatorların ən yaxşı təbliğat formalarıdır. Təsəvvür edin, 3 saniyə 1 konturla hesablanan hansısa kampaniyaya qoşulursan və təqibən 16 saniyə kiminləsə danışırsan. Balansdan silinən konturların sayı isə 6 kontur olur. Amma əksinə hesablayanda, yəni 6-nı 3 vuranda 18 saniyə edir. Bəs hanı o iki saniyə və ya hanı 0,6 kontur? Bəziləri deyəcək ki, 0,6 kontur nədir ki, onu da hesablayırsan. Gəlin bir hesablama da aparaq. Məsələn “Azercell” deyir ki, minimum 4 milyon abonentim var. Orta hesabla hər abonent gün ərzində 3 dəfə danışsa, bu bir abonent üçün 1,8 kontur deməkdir. Yenə rəqəm kiçikdir, ancaq səbr edin. Bu 1,8-i 4 milyona vuranda 7.200.000 kontur edir. Bu konturu isə manata çevirəndə, təqribən nə aznə çox, düz 32.000 (min) manat edir. Təsəvvür edirsinizmi? “Azərcell” gün ərzində abonenti aldatmaqla 32 min manat pul qazanır. Hələ mən minimum hesablama apardım. Çünki ola bilsin ki, abonent 3 dəfə deyil də, misalçün, 15 dəfə danışsın və hər dəfə də eyni sistemlə aldadılsın.
Nəzərə alsaq ki, ölkədə konturla işləyən mobil aperator təkcə “Azercell” deyil, o zaman bu məbləğ daha böyük alınır. Qulağımızın dibi üçün mövcud olan “Azercell” elə qulağımızın dibindəcə 32 min manat məbləğdə olan saxta gəlirlə xalqı aldadır. Bəs bunun vergisi?
“Azərcell”in abonentlərini aldatması bununla kifayətlənsə idi, dərd yarı idi. Dünya çempionatı başlayanda da abonentlər “1 qol 2 dəqiqə” kampaniyası ilə aldadılmışdı. Elanda yazılmışdı ki, bir komanda seçin və onun adını sms-lə göndərin. O komandanın vurduğu hər qola görə 2 dəqiqə qazanın. Mesajın qiyməti 1 kontur. Bəli mesaj göndəriləndə 1 kontur çıxılırdı. Daha sonra isə əlavə olaraq 100 kontur da çıxılırdı. Həmin vaxt “Azərcell”in müştəri xidmətləri şöbəsi ilə kəskin danışandan sonra bu 100 kontur məsələsini də elana daxil etdilər.
Bu məsələ “Azərcell” tərəfindən yeganə aldadıcı və təhqiredici “kampaniya” deyil. 3 gün əvvəl mobil telefonuma “Azərcell”ə məxsus 9066 nömrəsində bir mesaj daxil olub. Mesajın əvvəlində abonentə – mənə müraciətən yazılıb: “Dəyərli xanımlar,…”. Bu kişi abonentə qarşı təhqir deyil bəs nədir?! Mən buradan “Azercell”in direktoruna xanım deyə müraciət etsəm təhqir etmiş olaram. Amma etmirəm. Bu nə biabırçılıqdır?! Siz mesaj yollayanda bilmirsinizmi, kimə mesaj göndərisiniz? İşlətdiyim mobil nömrə öz adıma olmasaydı, deyərdim öz günahımdı. Axı nömrə mənim adımadı və nömrə aldığım şəxsiyyət vəsiqəsində də cinsiyyətim kişi yazılıb.
Ey 4 milyon abonenti olan, onu hər gün aldadan “Azərcell”, mən bu gündən səni baykot etməyin yolu haqqında düşünəcəyəm. Səndə get düşün bəlkə ağılllandın.
P.S. Gedim bir də şəxsiyyət vəsiqəmə baxım. Lap şübhələndim e!

Advertisements

3 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Yeri var Perviz,Ona gore Nar iwledirem da men.abune nomeleride usteliyir Nar.

  2. Ona gore her defe “agilli” azercell nomre uzerinde kontur verilmesi ve ya bir nomre al ikincisi pulsuzdu kampaniyalari cixardigi zaman nomre aliram hansi ki eyni qiymeti o kontura verecem sonra o nomrede butun mumkun kreditlerden istifade edirem ve daha sonra nomreni tullayiram bu yolla men de Azercelle atiram 🙂

  3. azercellin xeberder ol xidmeti var??? eger varsa nece qoshulmaq olar bu xidmete??


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: