EMİN MİLLİYƏ VƏ ADNAN HACIZADƏYƏ BÖHTAN ATILIR?

İyul 18, 2010 tarixində, saat 10:25 axşam | Kateqoriya:XƏBƏR - RƏY | Bir şərh yazın

Bir tərəf “HƏ”, bir tərəf isə “YOX” deyir


“Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı ilə Müsavat partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı əlbəyaxa olublar. Məsələ ilə bağlı tərəflərin mövqeyini öyrəndik.
Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli baş verənlərdə günahkar kimi Ramin Hacılını sayır. Onun sözlərinə görə, R.Hacılı Tural Abbaslıya qarşı ağır ittihamlarla çıxış edib: “Tural Abbaslı bu ittihamları nə qədər sakit qarşılamağa çalışsa da, Raminin daha da kəskinləşən ittihamları buna imkan vermədi. Bütün debat boyu yığılan mənfi enerji sonda davaya səbəb oldu”.
Əlbəyaxa davada tərəf kimi iştirak edən “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı deyir ki, Tural Abbaslı təhqiramiz ifadələr işlətdiyi üçün dalaşıblar: “Tural Abbaslı vətəndaş cəmiyyətinin, həbsdə olan gənc bloqçuların, hüquq müdafiəçilərinin, Zaur Əkbərin və mənim üzərimə sərt ittihamlarla hücuma keçməyə başladı. Tural Abbaslı iddia edirdi ki, Azərbaycanda AXCP və Müsavatdan başqa heç bir real və ciddi qüvvə yoxdu, adını müstəqil qoyan bəzi qüvvələr onlara işləyir, yerdə qalanlar isə satqındı. Tural Abbaslı deyir ki, Emin Millinin azadlığa çıxmağını gözləyirəm və o, azadlığa çıxan gün özü açıqlamasa, mən onun hara işləməsi barəsində açıqlama verəcəm. Mən iki gün öncə “Azadlıq” radiosunda çıxışım zamanı hakimiyyətin Emin Milli və Adnan Hacızadəyə qarşı belə bir ssenari hazırladığını demişdim. Oradakı açıqlamamda da qeyd etmişdim ki, Adnan və Emini azad etdikdən sonra hakimiyyət radikalların əli ilə onları satqın çıxarmağa cəhd göstərəcək.
“Məndən olmayan mənim düşmənimdi” prinsipi ilə çıxış edən opponentim Hillari Klintonla görüşdə iştirak edənləri qeyri-ciddi adamlar adlandırdı və onların heç biri ilə eyni fikri bölüşmədiyini bəyan etdi. Söhbət əsnasında mənim başımdakı papaqdan və saqqalımdan danışdı. Milli-mentalitet carçısı Tural Abbaslı sonda “dalğa”çı xanımları əxlaqsızlıqda ittiham etdi və bu da bizim aramızda davaya səbəb oldu”.
Tural Abbaslı isə bildirir ki, mən ümumiyyətlə 3-cü sektorun müstəqil olmadığını demişəm. Hər biri harasa bağlıdır. Ya müxalifət, ya da iqtidar partiyalarına bağlıdırlar. Müsahibə çap olunanda özünüz bunları görəcəksiniz. Adnan Hacızadə ən azından Hikmət Hacızadənin oğludur. Təhqir məsələsini isə düzgün hesab etmirəm. Mən heç kimi təhqir etməmişəm. Əgər Ramin dediklərimi təhqir kimi başa düşübsə, bu onun öz şəxsi işidir.”
Pərviz
Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: