Yetimlərin doğum günü olmur

İyul 18, 2010 tarixində, saat 4:48 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

Pərviz Əzimov

3 gündən sonra Azərbaycanda mətbuat günü qeyd olunacaq. 135 il tarixi olan mətbuatımız hər il böyüdükcə öz problemlərini də böyüdür. Bu yazıya 135 problem yazmaq olar ki, bunların hər biri bugünkü mətbuatın problemləridir. Ancaq təəssüf ki, bu problemlərin hamısı bura sığışmaz.

Bu gün Azərbaycan mətbuatında çalışanlar iki yol qarşısında qalıblar və demək olar ki, artıq bu yolları seçiblər. Bir qisim mətbuat işçiləri gözlərinə qadın yaylığı bağlayıb, heç bir şeyi görmədən ciblərində Azərbaycan Jurnalistlər Birliyinin, hansısa bir qəzetin 20 manata satılan vəsiqələrini qoyub yaltaqlanmaqdan başqa heç bir işlə məşğul olmurlar. Hər yazılarında gözə girmək üçün bəlkə də Azərbaycanın “Sosial İqtisadi İnkişafı” haqqında olan cümlələri dəfələrlə yazırlar. Digər qisim jurnalistlər isə artıq kamikadze rolunu oynayırlar. Əslində birinci qismə jurnalist demək də düzgün deyil.

Mətbuatımızın problemi ona aid olan qanunlardan başlayır. Konstitusiyamızın 50-ci maddəsi deyir ki, hər kəsin istənilən informasiyanı alıb, onu qanuni şəkildə yaymaq hüququ var. Elə həmin konustutsiyanın 32-ci maddəsi isə bunu inkar edir. Yoxsa bu dialektik materializmin inkarı inkar qanununun bir nümunəsidir?!

Bu gün 1 jurnalist və iki blogger həbsdə saxlanılır. Bütün dünya onların qanunsuz həbs olunduğu deyir, təkcə Azərbaycan hakimiyyəti yox.

Bu gün bu məmləkətdə hələ də jurnalistlər diffamasiya haqqında qanunlar olmadığı üçün jurnalistlər ya həbs olunur, ya da cərimələnir.

Bu gün bu məmləkətdə hakimiyyətin mətbuatla bağlı yürütdüyü siyasət elə qurulub ki, insanlar qəzet görəndə az qala qorxub qaçır.

Azərbaycan Mətbuatının siması olan Elmar Hüseynovun qatil(lər)i hələ də tapılmayıb. Əgər bu, iddia edildiyi kimi Teymuraz Əliyev və Tahir Xubanovdursa, onlar yerin dibinə girməyiblər yəqin və müasir dünayada belə iki şəxsi tapmaq heç də çətin deyil.

Bu problemlərin sayını kifayət qədər artırmaq da olar, ancaq nə fayda həll edən ki, yoxdur.

Azərbaycanda Mətbuat şurası adlanan bir qurum fəaliyyət göstərir, başçısı da Əflatun Amaşov. Kim bir barmaq qatlayıb Əflatun bəyin Azərbaycan mətbuatının xeyrinə görüdüyü bir işi qeyd edə bilər. Heç kim. Bu qurum reketləri aşkarlamaq üçünmü fəaliyyət göstərir? Hər ay bir siyahı yazıb, oradakı qəzetləri reket elan etməkdirmi bu qurumun işi?

Mətbuatla bağlı son məlumat isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə bəzi jurnalistlərə “Ali media mükafatı” veriləcək. Maraqlı olan isə odur ki, qaliblər yazmayan jurnalistlərdən olan Vüqar Səfərov və Əflatun Amaşovun təqdim etdiyi siyahı əsasında müəyyənləşdiriləcək. Doğrudanmı bu mükafata ehtiyac var? Ümumiyyətlə Azərbaycan höküməti tərəfindən vaxtaşırı mediaya və ya jurnalistlərə maddi yardımın edilməsi hansı məntiqə söykənir və ya niyə axı mətbuata yardım edilməlidi?! Mətbuata yardım yox, ona azadlıq verilməlidir. Hardansa, oxumuşdum ki, Fransa prezidenti Nikola Sarkozi mediaya yardım etmək qərarına gəlib. Sarkozi bir anlıq fikirləşib ki, hansısa bir qəzetə yardım etsə, bu narazılıq yaradar, bu səbəbdən Sarkozi belə bir addım atıb. Sarkozi sərəncam verib ki, ölkədə oxuyan tələbələr istənilən qəzeti dövlət hesabına ala bilər. Bax budur mətbuata dəstək, cənablar. Siz edən deyil. Jurnalisti tutub içəri salıb sonra çöldəkilərə pul vermək heç bir məntiqə sığmır.

Azərbaycanın 135 illik mətbuatı bu gün bütün doğmalarını itirmiş körpə bir uşağın yetimlik həyatına oxşayır. Yetimlərin isə bayramı olmur. Ya o mərasimə getməyin, ya da bu yetimin dərdini açıqaşkar bildirin. Çoxmu çətin olacaq bunu etmək?!

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Mence yazi tam yerinde yailib.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: