NƏSİMİ SEÇİCİLƏRİ MİLLƏT VƏKİLİ ÜLVİ QULİYEVİ TANIMIR

İyul 19, 2010 tarixində, saat 9:33 axşam | Kateqoriya:Kateqoriyasız | Bir şərh yazın

“Adı Ülvi olmalıdır, ancaq heç bir ülvi niyyətinin şahidi olmamışam”

“Milli yol” qəzetinin “XALQ VƏ DEPUTAT” rubrikasının növbəti dairəsi 21 SAYLI NƏSİMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ olub. MSK-nın rəsmi saytının verdiyi məlumat görə, dairədə olan seçicilərin sayı 38252 nəfərdir. Bu dairədən 2005-ci il parlament seçkiləri zamanı deputat mandatını isə Ülvi Quliyev qazanıb. Ülvi bəy seçicilərin 32,63 % faizinin səsini toplayaraq millət vəkili seçilib. Onun ən yaxın rəqibləri isə Azərbaycan Xalq Cəhbəsi Partiyasında o zaman siyasi məsələr üzrə müavin işləmiş Fuad Mustafayev olub. Fuad Mustafayev seçicilərin 24.92% (2060 səs) səsini toplayıb.

Dairənin yerləşdiyi ərazi isə təqribən 20 yanvar küçəsi ilə metronun Memar Əcəmi stansiyaları arasında yerləşən ərazilərdir.

Seçicilərin millət vəkili – Ülvi Quliyev haqqında fikirlərini öyrənmək üçün həmin dairənin yerləşdiyi əraziyə yollandıq.

Ələkbər adlı seçici millət vəkillərini tanımadığını dedi. O deyir ki, heç seçkilər zamanı da kimin seçilməsini tanımayıb. Ələkbərə bəyə deyirik ki, onun parlamentdəki millət vəkili Ülvi Quliyevdir. Ələkbərin cavabı yenə də eyni olur: “Tanımıram. Haradan tanıyıme. Adam kimi yaşayırıq ki, deputatı da tanıyım?! Gecə gündüz işləyirik. Adamın gərək boş vaxtı ola, televizora baxa, qəzet oxuyaki, deputatı da tanıya.”

Ələkbər bəy deyir ki, son iki – üç ildə bəlkə 30 ailənin yaşadığı evi söküblər. “Ancaq deputatımız kimdirsə heç maraqlanmayıb. Belə olan halda mən borcluyammı ki, deputatımızı tanıyım?!”

Rüstəm adlı qocaman seçici isə deputatlarının heç olmasa adını bildi: “Adı Ülvi olmalıdır, ancaq heç bir ülvi niyyətinin şahidi olmamışam. 2005-ci ildə seçiləndən bəri bu tərəflərə baxmayıb, başqa deputatları heç olmasa televizorlardan görə bilirik. Bizim deputat heç televizorda da görünmür. Adam arada çıxıb bir danışarda, heç eşitməmişəmki, bizim deputat hansısa qanun layihəsi ilə çıxış etsin. Maraqlı olan odur ki, heç qəzetlərdə onun bu hərəkətini tənqid etmirlər.”

“Bu seçkidə ona səs verəcəksinizmi” sualına isə Rüstəm kişi xeyr cavabını verdi: “Səs verməyəcəyəm. Əgər inandığım bir namizəd olmasa, heç bəlkə səs verməyə də getmədim. Axı mənə başa salın görüm niyə getməliyəmki?!” Rüstəm dayının bu sualına isə biz cavab verə bilmərik. Bu onun səsini istəyənlərin işidir.

Dairədən olan digər bir seçici Yaşar dayı isə deputatlarını tanıdı, amma onu yaxşı bir deputat kimi tanımadığını dedi: “Mən onu bu ərazidə sonuncu dəfə 2005-ci ildə seçkilərdən əvvəl görmüşəm. Ondan sonra bura gəlməyib. İmanım əzizdir. Mən arada bir il burada olmadım. Bəlkə həmin vaxt gəlib. Onu deyə bilmərəm, ancaq mən görməmişəm ki, bir kimsəsizin hansısa problemini həll etsin. Mən şəxsən ona heç vaxt müraciət etməmişəm, amma bir qonşumuz var, o müraciət etmişdi. Dəqiq yadımda deyil nə məsələ idi, amma onu bilirəm ki, deputat ona kömək etmədi.”

Yaşar bəy də deyir ki, bu seçkilərdə o, Ülvi bəyə səs verməyəcək. Səbəb kimi isə yuxarıda dediklərini göstərdi: “Ay kişi niyə səs verim?! Adam gəlib soruşsaydı ki, ölmüsüz, ya qalmısız, o zaman mən də ona səs verərdim.”

“Ay kişi, sən canın məndən uzaq dur”

Fikrini öyrənmək “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən dükan sahibinə yaxınlaşdıq. Dükan sahibinə məqsədimizi deyəndən sonra aldığımız cavab çox qəribə oldu: “Ay kişi, sən canın məndən uzaq dur.” Nə səbəbdən bunu dediyini soruşduq. Dükan sahibi isə belə cavab verdi: “Mən deputat haqqında danışsam gərək düzünü danışam, düzünü də desəm gəlib dükanımı bağlayarlar. Sonra mən nə edərəm?! Ailəmin yeganə qazanc mənbəyi budur. Bu səbəbdən səndən xahiş edirəm ki, məndən uzaq dur.”

Nə qədər əlaqəsiz olsada, Azərbaycan reallığı ilə düşünüb dükan sahibini daha çox yormaq istəmədik.

Adı çəkilən dairədə yaşayan Fuad adlı digər bir seçici də deputatlarını tanımadı və buna əsas səbəb kimi isə deputatın passivliyini göstərdi: “Mən bütün gündəlik, həftəlik qəzetləri oxuyuram. Əgər mən tanımıramsa, bu insanlar necə tanısın?! Bu adam nəinki gəlib bizi axtarmır, heç özünün gələcək mandatını da düşünmür. Ya bu şəxs əmindir ki, hansısa yolla deputat seçiləcək, ya da artıq deputatlıqdan bezib. Bunun daha başqa bir izahı yoxdur. Əgər belə olmasaydı, arada heç olmasa telekanallarda danışardı. Mən hələ də anlamıram ki, bu şəxs nə işlə məşğuldur. Yenə qeyd edirəm, gündəlik qəzet oxuyan bir şəxs kimi mən onu tanımıramsa, deməli bu insanlar çətin tanıyar.”

Xatırladaq ki, ötən il,məhz Ülvi Quliyevin millət vəkili seçildiyi dairədə prezident üçün yeni iqamətgah tikilərkən bir neçə hündür mərtəbəli bina sökülmüşdü. Sakinlərin narazılıq etdiyi əsas məqamlardan biri də, məhz bu idi. Ancaq bu məsələ birbaşa prezidentlə əlaqəli olduğu üçün sakinlər bu haqda çox danışmamaq qərarına gəldilər.

Onu da qeyd etmək yerinə düşər ki, Ülvi Quliyev parlamentdə oturan deputatlar arasında ən passivlərdəndir. Bunu Parlament Jurnalistləri Birliyinin araşdırması ortaya çıxarıb.

Seçicilərinin narazılıqları ilə bağlı münasibətini öyrənmək istədiyimiz Ülvi bəylə isə əlaqə saxlamaq mümkün olmadı. Hörmətli millət vəkilinin fikirlərini də dərc etməyə hər zaman hazırıq.

Pərviz ƏZİMOV,  “Milli Yol” qəzeti

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: