Reporaj hazırlayarkən bir polislə aramızda yaşanan dialoq

Avqust 28, 2010 tarixində, saat 3:41 axşam | Kateqoriya:Kateqoriyasız | 3 Şərh

Polis:

– Nə iş görürsən burda?

Mən:

– Jurnalistəm, reportaj hazırlayıram.

Polis:

-Harda işləyirsən?

Mən:

-“Milli Yol” qəzetində

Polis:

-ƏƏƏ bəs əlindəki o fotoaparatla nə çəkirdin? (əlimdəki diktafona işarə edir)

Mən:

-Bu fotoaparat deyil, diktafondu. Camaatdan münasibət öyrənib səslərini yazırdım.

Polis:

-Mənə gəlirsən? bəs deyirsən qəzetdə işləyirəm?

Mən:

-Düz deyirəmdə qəzetdə işləyirəm

Polis:

– O hansı qəzetdi elə səsli çıxır?

Mən:

-Başa düşmədim..

Polis:

-Gah deyirsən qəzetdə işləyirəm, gah da deyirsən camaatın səsini yazırdım. Qəzetdə səs yazılır?

Mən:

– Mən camaatın səsini qəzetə yazmırame, camaatın səsini, onların dedikləri yadda qalsın deyə diktafona yazıram.

Polis:

-Ged əə ged. Elə bil uşağam səninçün. Birdə belə fırılaq işl məşğul olma.

Mən:

-… (İndi gəl burada deməyə söz tapda)

Advertisements

3 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Yaxşı ki deməyib sənə indi də məni özümə göstər ))

  2. Dəhşət… müxtəlif sahənin işçiləri arasında müxtəlif testlər təklif edilir. Görünür azərbaycan polisləri arasında IQ testi keçirilməlidir…

  3. Adam hqiqətən də mat qalır. duzu mən o an buna bir cavab tapa bilmədim


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: