Şərəfsizlik nümünəsi (Video)

Oktyabr 19, 2010 tarixində, saat 7:04 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bu gün növbəti debat oldu. İTV-də namizədlərin debatı. Bu debat əslində başlıqda oxuduğunuz bir şərəfsizlik nümunəsi idi. Hakimiyyətin qorxaqlığı açıq aşkar görünürdü. Bir müxalifət nümayəndəsinə qarşı 5 oyuncaq çıxarmışdı bu hakimiyyət. Heç bir platforması olmayan bu 5 nəfərin işi gücü İsa Qəmbərə qarşı qara piar aparmaq idi. Nemət Pənahlı öz çıxışında belə bir ifadə işlətdi: “Mən namizədliyimi verərkən mətbuatda yazmışdılar ki, guya mən İsa Qəmbərə qarşı qara piar aparmaq üçün seçkilərə qoşuluram.”
Bəli belə bir yazı yazılmışdı və bu yazını ilk yazanlardan biri də mən olmuşdum. Təsdiqlənmədimi? Əlbətdə təsdiqləndi. Öz platformasını bir kənara qoyub İsa bəyə qarşı “hücuma” keçmək bəs nədir?
Əminəm. Əminəm ki, bu gecə Elçibəyin ruhu sızıldadı. Sızıldadı ki, bir zamanlar Nemət Pənahlını öz yanında gəzdirib və …
Digərləri də Nemət Pənahlıdan geri qalmadı, hətta daha betər oldular. Etibar Hüseynov isə hər zamankı apluasında idi. Görün nə deyir: “Çalışdığım “lider” kanalı yasamal xalqının problemlərini hər zaman həll etməyə çalışıb.” Özünü peşəkar jurnalist adlandıran bu adam bilmirmi ki, media problem həll edən deyil, problemi ictimailəşdirən orqandır. Əgər həqiqətən də onun çalışdığı Lider TV problemləri həll edirsə, bu həmin kanalın hakimiyyətə məxsus olduğundan xəbər verir.
Əli Əliyev isə dözməyib – dözməyib nəhayət “işə” başladı. Hakimiyyətin münasib yerində özünü rahatlamaq üçün çox savadsız şəkildə İsa bəyi ittiham etdi ki, güya İsa bəy Ermənilərlə saziş bağlayıb. Əslində bu sözü hamı dedi, ancaq Əli Əliyevin bunu deməsi bir ayrı məsələdir. Adam özünü müxalifət lideri kimi təqdim edir və səhv etmirəmsə, müxalifət liderinin az çox savadı olmalıdır. Hamıya məlumdur ki, bu saziş deyildi, bu bəyanat idi və Qafqazdakı təhslükəsiliklə bağlı olan bir bəyanat idi. Utanın Əli Əliyev, utanın. Mən utandım.
Hər zamankı kimi çox təmkinli olan İsa Qəmbər isə son nöqtə gözəl qoydu: “Cənab İlham Əliyevə, Ramiz Mehdiyevə və Eldar Mahmudova müraciət etmək istəyirəm. Ətrafınıza baxın, nə gündəsiz?”
Bugünki debat bir şərəfsizlik nümunəsi idi. Qorxuram ki, həmin dairədən Etibar Hüseynov mandat ala. Bax buna dözərəm, ya dözmərəm ümidim yoxdur.
Pərviz

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: