TƏRBİYYƏSİZ QANUN (FOTOLAR)

Noyabr 23, 2010 tarixində, saat 11:09 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 4 Şərh

BİZ NEFT İSTƏMİRİK, TƏHSİL İSTƏYİRİK

Bu gün hörmətli Ali Məhkəməmiz tərəfindən daha bir iddianın Avropa İnsan Haqları Məhkəməsinə göndərilməsinin əsası qoyuldu. Yazdığı tənqidi yazıya görə universitetdən qovulan Elmin Bədəlovun kasassiya şikayəti təmin olunmadı.

Məhkəmə prosesi başlayan zaman Ali məhkəmənin qarşısında aksiya keçiridik. İlk dəfə idi ki, Aksiyaya polis müdaxiləsi olmurdu. Hər halda mən busituasiyanı ilk dəfə  yaşayırdım. Aksiya əsnasında hətta uşaqlardan biri zarafatla soruşdu ki, bu polis gec gələcək? Yoruldum axı. Həqiqətən bu bizə təəccüblü görünürdü. Aksiada mesajımızı verəndən sonra məhkəmə zalana, məhkəmə prosesində iştirak etmək üçün daxil olmaq istədik. Bax bu zaman Azərbaycan məmurunun əsl siması görünməyə başladı. Aldatmaq, təhqir, zorakılıq.

Məhkəmə binasına daxil olmaq üçün ilk cəhdimiz alınmadı. Bir neçə dəqiqədən sonra ikinci dəfə cəhd etmək istədim. Ramin Hacılı ilə birlikdə qapıdan içəri daxil olub, polisdən icazə almaq fikrimiz var idi. Qabaqda mən getdiyimdən arxamda baş verənlərdən xəbərim yox idi. Sən demə mən içəri girəndən sonra polis Ramin Hacılının içəri daxil olmasına imkan verməyib. İçəridə isə üstümə hücum çəkən məhkəmə məmuru təhqirlərindən zövq alırdı. Üstümə hücum çəkən 3 mülki geyimli mmura, 2 nəfər uniformalı polisə xəbərdarlıq etdim ki, bura küçə deyil ki, küçə uşaqları kimi davranırsız. Bu bina sizin dediyiniz kimi ədalətin bərqərar olduğu yerdir. Ancaq xeyri olmadı və zorakı şəkiləd qapıdan çölə atıldım. Çölə çıxarılmadım ha, çölə atıldım…

Aksiya davam edir

Məhkəmənin qapısı önündə

İçəri buraxılmırıq…

Polis Turxan Qarışqaya xitabən: O əlindəkini ağzıma soxma

Qovuluruq…

Eshq olsun!

Qərar açıqlandı, amma…

Narazıyıq.

Advertisements

4 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Qısa yazmaq istəyirəm. Bura Azərbaycandır!!!

  2. cox yaxsidi sagol

  3. Teshekkurler!

  4. Unutmaq lazim deyil ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: