Analoqsuz inkişaf: İş yerləri bağlanır

Dekabr 15, 2010 tarixində, saat 4:47 axşam | Kateqoriya:Kateqoriyasız | Bir şərh yazın

Azərbaycan hakimiyyəti hər zaman özünü tərifləyərkən qeyd edir ki, ay 600 min yeni iş yeri açılıb, nə bilim planda var ki, 500 min yeni iş yeri də açılsın və s.

Bu yaxınlarda isə hakimiyyətin nazirlərindən biri – Ziya Məmmədov hər bir şeyin əslində necə olduğunu öz fəaliyyəti ilə açıqladı. Nəqliyyat nazirliyinin qərarı ilə ölkədə fəaliyyət göstərən taksilər üçün rənglər seçilib. Yeniliklərdən biri də ondan ibarətdir ki, Bakı şəhərində hazırda mövcud olan 15000 taksinin sayı 3000 ilə əvəzlənəcək. Bu isə o deməkdir ki, ölkədə 12000 min insan öz “iş yerini” itirəcək. Əslində bu hadisələrin ölkədə daim baş verdiyinin şahidi oluruq. Bu səbəbdən də bunu yazmaq kimi bir fikrim yox idi, amma dünən taksidə yol gedərkən bir sürücünün dedikləri məni məcbur etdi ki, nəsə yazım.

Taksi sürücüsü deyir ki, onun sürdüyü maşın dövlət maşınıdır və müqaviləyə əsasən 6 ay sonra maşın onun adına geçəcək. İndi isə deyirlər ki, bəs bu taksilər yığışdırılacaq. Sürücü deyir ki, mən 4 ildir hamballıq edirəm ki, bu maşın mənə qalacaq. İndi isə vəziyyət elə gətirib ki, mən planı verə bilməyəcəm, çünki daha taksiçilik edə bilməyəcəm.

Çox düşündüm, buna nə ad vermək olar?! İnsanları işindən eləməyin adı nədir, ancaq hələ də müəyyənləşdirə bilməmişəm. Belə də olmalı idi. Oğlu ayıya bir milyon pul verən ata yalnız özünü düşünər.

Bəlkə də buna görə Ziya Məmmədova təşəkkür etməliyik ki, hər şeyin necə olduğunu göstərdi

P.S. Məlumata görə taksi işləmək istəyənlərdən rus və ingilis dilindən imtahan götürüləcək. Tələb olunan Toefl score: 95 və daha çox

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: