İlkin Əlisoydan təsirlənərək

Dekabr 21, 2010 tarixində, saat 6:09 səhər | Kateqoriya:Kateqoriyasız | Bir şərh yazın

Lütfən  bu vətəni daha çoxsevmək üçün səbəb göstərin mənə

Dünən Facebook sosial şəbəkəsində jurnalist həmkarım Türkan Turanla dərdləşirdik. Əsas mövzumuz isə bu ölkədə qalmaq  və ya burdan qaçıb getmək idi. Kimliyindən asılı olmayaraq son dövrlər hərkəs ikincini daha çox düşünür. Söhbətə biraz ara verib dostum İlkin Əlisoyun iki il öncə “Alma” qəzetində dərc olunan “Bağışla məni” yazısını oxudum. Yazı haqqında geniş məlumat verməyəcəm. Sadəcə dostum Amerikada yaşayarkən azərbaycanla bağlı düşüncələrini yazıb bu yazıda. (istəyənlər bu linkdə tanış ola bilər: http://ilkinalisoy.com/2009/02/02/bagisla-m%C9%99ni/ )

Həqiqtəndə düşüncürüdür: Mən bu vətəni sevməyə məcburammı?! Axı sənin nəyini sevim vətən?

Neftinimi? Istəmirəm.zatən başımıza ən böyük bəlaları açan neftdir.  Mümkün deyil hazırkı durumda onu sevmək. Bu ölkənin vətəndaşlarının əksəriyyətini kölə edən də neftdir,  21-ci əsrdə bu ölkəyə krallıq bəxş edən də neftdir. Bu ölkənin havasına zəhər qatan, torpağını məhv edən də neftdir. Varmı mənə bir xeyri neftin?! Mən liberalam.iqtisadiyyatın rolunu a anlayıram, ancaq bugünki gün üçün bu reallıqdır ki,neft bizə ancaq zərə verib.

Ağaclarınımı sevim, meşələrinimi sevim?! Yox onu da bacarmıram. Sevmək istəsəm də bacarmaram. Axı insan necə  dözə bilər ki,onun sevdiklərini gözləri önündə kəssinlər, bitirsinlər, məhv etsinlər. Deməli onları sevmek istəsək də gücümüz çatmır.

Bakısınımı sevim?! Bu maşın siqnallarını, tozlu küçələri., mərmər parkları sevmirlər əzizim. İçəri şəhər, qızqalası, şirvanşahlar sarayı  və bu kimi abidələrə gəlincə isə qədimliyindən əsər-əlmaət qalmayıb onların.

Nə rüşvətlə dolu təhsilini sevə bilirəm,  nə çayxanalarda böyüyən gəncliyi sevə bilirəm.

Bu məmləkətdə sevdiyim aşağıdakılardan ibarətdir yalnız:

Dostlarım, ailəm, DALĞA GH, ADR, Rəsuzladə, Elçibəy və  azad söz uğrunda vuruşan media.

Hər şey bundan ibarətimiş vətəndə, sevilsəsi bunlar var imiş yalnız…

Yadımdan çıxmışdı. Mən bir də bu məmləkətin GƏLƏCYİNİ sevirəm.

P.S. Yazını yazarkən Facebook sosaial şəbəkəsində yenəbir insanla dərləşirik. Həmsöhbətim deyir ki, qızım burdakı iyrənclikləri görüb qaçdı ölkədən. Mən də razılıq verdim…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: