Ramin Hacılı: Fikirlərim konteksdən çıxarılıb

Yanvar 1, 2011 tarixində, saat 8:53 axşam | Kateqoriya:Kateqoriyasız | Bir şərh yazın

Contact.az saytında bir sıra gənc fəalların, o cümlədən Ramin Hacılının İlham Əliyevin “Jurnalistlərin dostu” adına layiq görülməsi ilə bağlı münasibəti dərc olunub. Yazı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sayt Ramin Hacılının adından yazıb ki, o İlham Əliyevə bu mükafatın verilməsini müsbət dəyərləndirib. Yuxarıda qeyd etdiyim kimi bu münasibətə bir sıra ictimaiyyət nümayəndləri tərəfindən müxtəlif reaksiya gəlib.

Bu gün isə Ramin Hacılı özünün facebook səhifəsində məsələyə münasibət bildirərək yazıb ki, onun məsələyə münasibəti koteksdən çıxarılaraq dərc olunub:

“İki gün öncə TURAN IA-dən Pərvanə xanım mənə zəng edərək soruşdu: ” İ. Əliyevi jurnalistlərin dostu hesab edirsinizmi?”. sualı cavablandırdım, lakin contact.az-da tam ferqli şey oxudum. Təssüff, cavabım konteksdən cıxarılmışdı.(biraz əvvəl Pərvane xanımla danışdım, o da yalnışlıq olduğunu etiraf etdi! İş günü olmadığından saytın səhvini düzəltməsi vaxt alacaq.) Acıqlamamı olduğu kimi burada yazıram.

“Təbii ki, heç vaxt Azərbaycan mətbuatına müsahibə və ya açıqlama verməyən insanı mətbuatın dostu hesab etmək ədalətsizlik olardı. Öz təcrübəmdən də deyə bilərəm ki, tələbə-jurnalist Elmin Bədəlovla bağlı prezidentə müraciət edərək bildirdim ki, Neft Akadameyasının rektoru sizinlə qohumluqdan istifadə edərək bütün qanunları pozur, lakin bizə heç bir cavab və reaksiya vermədi. Bütün bu səbəblərdən dolayı mən İlham Əliyevi jurnalistlərin dostu hesab etmirəm. Lakin düşünürəm ki, mükafatı prezidentə verənlər jurnalistlərlə İlham Əliyevin dostluğuna nail olmaq istəyir. Əgər niyyət belədirsə, mən bu niyyəti təqdir edirəm, çünki İlham Əliyev öz çıxışında jurnalistlərin peşə fəaliyyətlərini qiymətləndirəcəyinə və bu istiqamətdə addımlar atacağına söz verdi. Əgər verilən sözlər yerinə yetirilsə, bu mükafat jurnaıistlər üçün faydalı olacaq. Hər bir normal insan başqalarının yaxşılığını istəyər. Mən də jurnalistlərin heç olmasa bundan sonra peşə fəaliyyətlərinin qiymətləndirilməsini istərdim.”

Ramin Hacılı həmçinin onu da qeyd edib ki, bəziləi fürsətdən istifadə edərək onun əleyhinə kampaniya aparırlar: “Mənim münasibətim bundan ibarət idi, lakin saytda fikirlərim kontekstdən çıxarıldığından dolayı tamam başqa cür anlaşılırdı. Çox təəssüf ki, bəziləri bundan istifadə edərək mənim əleyhimə qara piar aparmağa başladı. Mənim boş-boş danışanlara, facebook-da inqilab eləyənlərə, siyasi qaraçılara, xaricdə oturub burda işləyənlərə dərs keçməyə çalışanlara enerji xərcləmək niyyətim yoxdur. Məni tanıyanlar tanıyır, siyasi görüşlərimin də necə olduğunu yaxşı bilirlər. Bu şərhi də kimdənsə qorxaraq deyil, bəzi dostlarıma aydınlıq olsun deyə yazdım.”

Ramin Hacılı həmçinin bəzi insalara sual da ünvanlayıb

Bir sual məni illərdir düşündürür, hər hansı bir səmimi müxalifətçi kiminsə İlham Əliyev tərəfinə keçməsinə necə sevinə bilər? Və ya səmimi müxalifətçi kimisə qazanmaq əvəzinə iş görən insanları hansı məntiqlə hakimiyyətin qucağına ata bilər? Aydınlıq üçün açıqlayım: Belə məntiqsiz hərəkət edən, intelekt çatışmamazlığından əziyyət çəkən dağıdıcı insanlar bu gün bizim azlıqda olmağımızda əsas pay sahibləridir…”

P.S. Qeyd edim ki, Ramin Hacılı “Turan”a müsahibə verərkən mən də onun yanında olmuşam. Həmin vaxt biz metronun “İçərişəhər stansiyasından Nizami heykəlinə doğru aşağı enirdik.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: