İlkini tanımaq xöşbəxtliyi

Yanvar 4, 2011 tarixində, saat 1:40 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Tam səmimi

Adını eşitsəm də özünü ilk dəfə ANS telekanalında yayımlanan DİSSİDENT verilişində görmüşdüm. Həmin gün o çox az danışmışdı. Etiraf edim ki, onun bu az danışmağını bəyənməmişdim və bu səbəbdən də həmin verilişdən bir neçə gün sonra baş tutan qurultayda ona səs verməmişdim.

Daha sonra isə yaxın tanışlığımız başladı, sonra isə dost olduq İlkin Əlisoyla…
İlkini tanıdıqca həmişə özümə belə bir sual verirdim: Bir insan necə bu qədər səmimi, necə bu qədər sadə ola bilər?!

Bunu səmimi olaraq yazıram. Həqiqətən də İlkin Əlisoyun timsalında insan əsl sadəliyin nə olduğunu anlayır. İlkinlə zarafatlaşarkən tez ona belə bir söz deyirəm: “İlkin bir hakimiyyətə gəlsək budnan da ciddi diktatura qurarıq bu ölkədə”. Bundan sonra isə İlkindən ənənəvi cavabı alıram: “Cəhənnəm olun burdan. Nə diktatura?!”… daha sonra əsəbləşir.

Bunu qeyd etməkdə məqsəd var idi. Qeyd etdiyim kimi, biz əslində onunla zarafat edirik, ancaq o bunun zarafat olmasını belə istəmir. Səmimiliyi imkan vermir buna.

Sabah onun 24 yaşı tamam olur. Mən isə artq 3 ildir ki, tanıyıram İlkini. Həqiqətən də buna görə çox sevinirəm.

Bəlkə də 1 ildir ki, hər həftənin 2-ci gününü səbrsizliklə gözləyirəm. Çünki həmin gün İlkin istirahət edir və biz doyunca görüşüb söhbətləşə bilirik.

Çox yazmaq istəyirdim amma nəsə alınmadı, hansını əvvəl hansını sora yazacağımı tam müəyyənləşdirə bilmirəm, ancaq onu bilirəm ki, İlkin kimi yaşamaq deyilən bir hiss var bu dunyada. Bu səmimi yaşamaqdır, bu dalğaçı olmaqdır, bu sevməkdir, bu sadəlikdir, bu insanverlikdir.

Təbrik edirəm İlkin, Sən arzuladğını yaşamağa layiqsən!

 

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: