Mövzuların yaratdığı mövzusuzluq

Mart 25, 2011 tarixində, saat 12:38 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Beynimdə sual işarələri doludur.

Yazı yazmaq istəyirəm, amma bilmirəm nədən yazım. Sanki sükutdur. Nədən yazım axı?!

Mövzuların demək olar ki, hamısı çeynənilib, hər birindən palaz – palaz yazılar yazılıb. Az qala bu ölkədə baş verən hadisələr haqda 100 insan ayrı-ayrı baxış bucaqları ilə  100 yazı yazır hər gündə. Hər şeyin dadı qaçıb bu məmləkətdə, maraqsızlaşıb.

Gündə bəlkə də 3 insan ölür dəm qazından, yenə də yazmağa mövzu yoxdur.  Hər gün 100-lərlə insanın hüququ tapdalanır, amma mövzu əziyyəti çəkirik. Hər gün ölkənin neft gəlirləri artır, sosial durum isə yenə də aşağıdır, vallahi-billahi mövzu qıtlığı isə davam edir. Hələ də həbsxanalarda siyasi məhbuslarımızı var, jurnalistimiz var, ancaq nədən yazasan bilmirsən. Bəlkə də yazmağın mənasız olduğunu düşünməyimizdir bu mövzusuzluğu yaradan.Bilirəm inanmazsız, amma qoy birini də deyim. Normal konsert belə tapa bilmirik getməyə. Təəssüflər olsun ki, bu da mövzu sayılmır bizim üçün yazmağa.  Lap bezmişik.

Bəlkə elə bezməkdən yazım. Yazım ki, mən bu ölkədəki qarışqa sürətli internetdən bezmişəm, yazım ki, mən insana verilən dəyərsizlikdən, sərbəst toplaşmaq hüququnun olmamasından, özünüifadənin bərbad olmasından, regionlarda insan resursunun tükənməsindən, avtobus şoferinin ədəbsizliyindən, sahibkarlığın hər an inhisarçılar tərəfindən əzilməsindən nə bilim daha nələrdən bezmişəm.  Ancaq bunlarda bir mövzu yaratmır.

Bəlkə də ən yaxşısı yazmamaqdır…

P.S. Mövzunuz olsa lütfən mənə yazın.

Pervizezimov@gmail.com

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: