Bu filmlər Ərdoğanı devirəcək

May 30, 2011 tarixində, saat 1:22 axşam | Kateqoriya:Kateqoriyasız | Bir şərh yazın

Ötən həftə Ramin Hacılı ilə bir türk filmindən qısa fraqmentə baxdıq. Sanki hər ikimiz bunun bitməyini gözləyirmişik. Mən dərhal “Əəjdaha filmdir. Ərdoğanı yıxsa bunlar yıxacaq” dedim və daha sonra Raminlə kiçik bir dialoqumuz başladı. Təbii ki, mövzu filmdən uzaqlaşıb siyasətə getdi. Ancaq problem bir idi. Ərdoğanı bu filmlərmi yıxacaq.

Bu yazını yazarkən isə “Kaybedenlər kulübü”nə yenicə baxıb qurtarmışam.  Film haqqında hansısa təhlil aparıb özümü kinoşunas kimi aparmaq istəmirəm. Filmdə bir problemin qoyuluşu məni özünə heyran etdi. “Kaybedenlər kulubü” nəinki Türkiyədəki mənzərəni, hətta Azərbaycan cəmiyyətinin yaşadığı problemləri tam mənası ilə aydınladır.

Cəmiyyətdə hər kəs fərqlilik istəyir. Buna kimsə şübhə etməsin. Bu fərqlilik müxtəlif ola bilər. Kimisi sosial fərqlilik haqıqnda düşünür ki, daha yaxşı yaşasın, kimisi siyasi fərqliliklər haqqında düşünür ki, öz fikrini daha gözəl ifadə edə bilsin, meydanlara daha rahat çıxa bilsin və s. Kimisi isə mədəni fərqliliklər barədə düşünür. Sindromları, kompleksləri dağıtmaq barədə düşünür. Ondan azad olamq sitəyir, məhv etmək istəyir bütün sərhədləri. Bakirə qızın bakirəlikdən qurtulmaq istədiyi kimi. Dağıtmaq istəyir, yox etmək istəyir onun bütün həyatını məhv edən zəhrimarı. Bacarırmı?! İnanmıram. Hər zaman bacarmır. Qorxur. Cəmiyyətdən qorxur. Qorxur ki, pis baxarlar ona, gicbəsər deyəcəklər qıraqdan baxanlar. Amma özünü düşünmür. Düşünmür ki, bu həyat onundur. Özü üçün yaşamalıdır, atası üçün yox, anası üçün yox, cəmiyyət üçün yox, məhlənin damarıyekə qaqaşı üçün yox. Bir sözlə, hamı istəyir sərbəstliyi, ancaq hamı sərbəst olmur. Qorxur… Bax bunu anladır “Kaybedenlər”. Azərbaycanda olduğu kimi Türkiyə siyasətini də siyasətə yad olan ünsürlər öz cənginə alıb. Türkiyə “Osmanlı”ya qayıdır Ərdoğanın sayəsində. Millət yenə də komplekslərə əsir olmağa başlayır. Filmdə isə hər kəsin gizlin dinləyə biləcəyi bir radio veriliş var. Hamı ona qulaq asır, hamı verilişin var olamsını istəyir. Ancaq gizlin istəyir bunu.

Radio verilişinə zəng edənlərə verilən ilk sual bu olur: “Sizinlə yatmışmı idik?” əslində sualı əvvəl hamı qəribə qarşılayır. Dinləyənlər zəng edib proqramdan şikayət edir. Ancaq öyrəşir cəmiyyət buna və öz istədiyini tapır. “Kaybedenlər” isə Türkiyəyə yayılmağa başlayır.

Bu və bu kimi filmlər Türkiyə və Azərbaycan kimi idarə olunan ölkələrdə siyasi hakimiyyətin məhvidir. Siyasi dəyişiklik isə mədəni dəyişiklik olmadan mümkün deyil.
Bir sözlə nəsə yazmaq istədim filmə baxandan sonra. Ürəyimi boşaltdım. Məncə mənasız alındı. Amma bu filmlər Ərdoğanı devirəcək. Əmin olun!

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir şərh yazın

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.