İdeologiyalar, quruluşlar və şəxsiyyətlər

İyun 11, 2011 tarixində, saat 7:39 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bu ölkədə hələ də bir çoxları hansısa ideologiyaya sahib olmağı digər ideologiyanın dəyərlərini söyməklə müəyyənləşdirir. Solçu liberalın, liberal dindarın, dindar və millətçi hər ikisinin və ya hər biri digərlərinin ideoloji dəyərini söyür. Bəzən isə kim – kimi gəldi kor – koranə tənqid və təhqir edir.

Məsələn son dövrlər ən çox eşitdiyim hadisələrdən biri solçuların M. Ə. Rəsulzadəni müxtəlif yerlərdə təhqir etməsidir. Niyə? Səbəb nədir? Əslində, özləri də bilmirlər nə edirlər. Rəsulzadəni söyən solçu, solçu deyil axı. O sovetçidir. Və solçuluq yalnız SSR-dən ibarət olmayıb. Rəsuzladənin rəhbərlik etdiyi Müsavat partiyasının bütün fəaliyyətlərini kənara qoyub bir söz deyirəm. Müsavat bərabərlik deməkdir. Bu gün bir solçunun Rəsulzadəni söyməsi dindarın Babəki söyməsi arasında heç bir fərq yoxdur. Çünki bu insanlar ideologiyayadan daha çox köləliyə qarşı vuruşub. Əgər dediklərimdə bir məntiq yoxdursa o zaman gedin Zərdüşt Əlizadəni də təhqir edin. Çünki o da sovetə qarşı mübarizə aparan Azərbaycan Xalq Cəbhəsinın tərkibində olub. Əgər bunu etmirlərsə, deməli onların məntiqi sıfırın altındadır.

Mənim ən çox sevdiyim tarixi şəxsiyyətlərdən biri Mhatma Qandidir. Qandi sol demokrat, özüm də liberal. Sadəcə, Qandi mənim üçün sivil mübarizə simvoludur və mən onun sevmək üçün müsbət nəsə tapa bilirəm. Bəziləri kimi millətçilərin və ya liberalların çox sevdiyi Rəsulzadə ilə məzələnməyə cəhd eləmirəm.

İdeologiyalar quruluşların təməlini yaradan varlıqlardı, amma quruluşun özü deyil. Bu gün sadəcə təcrübədən də müşahidə olunur ki, dünyada nə heç bir sol quruluş, nə də hansısa dini quruluşla idarə olunan ölkə inkişaf etməyib.

Yazıdığım bu yazı dağınıq alına bilər, çünki hər zaman baş qoşmaq istəmədiyim bir mövzudur. Bəzən isə insan yorulur mənasız və bezdirici “arqument”lərdən. Mənim isə bildiyim bir şey var. Kimi isə təhqir etmək nifrətdən yaranır. Nifrət edən insan isə sevməyi bacarmayandır. Sevin cənablar, sevin!

P. S. Hər kəsə fərdi yanaşdığım üçün bu yazıdakı fikirlər nə bütöv solçulara, nə liberallara, nə dindarlara, nə də millətçilərə aid deyil. Söhbət nifrət edənlərdən gedir.

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir şərh yazın

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.