… bütün məmləkətə

İyun 14, 2011 tarixində, saat 9:13 səhər | Kateqoriya:Kateqoriyasız | 1 Şərh

“Devrimi önce yataq odasından başlayacağız, ordan evə yayılacaq, ordan köyə, ordan şəhərə, ordan bütün məmləkətə…”

Türkiyədə parlament seçkilərinin nəticələri açıqlanandan sonra nədənsə, komediya janrında çəkilmiş “Muro” kinosundan olan bu sözlər yadıma düşdü. Ərdoğan öz “devrimini” təqribən belə reallaşdırdı; Öncə bir neçə gənclə kiçik fəaliyyət, sonra Rifah Partiyası, sonra bir bələdiyyə, sonra bir partiya, sonra parlament və beləliklə 3-cü hakimiyyət dövrü…

Bunu yazı şəklində yazmaq barədə düşünmürdüm, tanınmış türk yazarı Ahmed Altanın bir neçə gün öncə məhkəmədə etdiyi nitqinin steneoqramını oxumsaydım (Ərdoğan Ahmed Altanı həbs etdirmək üçün məhkəməyə verib).

Ə. Altanın məhkəmədə Ərdoğan haqqında dediyi bu sözlər onun bütün həyatını, daxili xüsusiyyətlərini özündə əks etdirir:

“Məni bura həbsə atılmağımı istəyərək göndərən insan bu ölkəyə çox yararlı xidmətləri olmuş dəyərli bir insandır.  Özü də bu sıxıntıları çəkmiş, hökm almış və həbsdə yatmış biridir.

Mənim həbs olunmağımı istəyən insan bu ölkənin baş naziridir. Müxtəlif acılar, zülmlər, düşmənçiliklər, məğlubiyyətlər görmüş, bütün hamısına sinə gərmiş bir insandır.

Çox heyf ki, məğlubiyyətlər qarşısında güclü duran bir çox insanlar zəfərlərin ağırlığını daşıya bilməmiş, sarsılmış, yolunu azmış və öz qalibiyyəti ilə yaralanmışdır”.

Ərdoğan 35 jurnalistin həbsdə olduğu bir ölkənin iqtidar partiyasının rəhbəridir. O, 3-cü dəfədir ki, seçkilərdə qalib gəlir. Bu qalibiyyət isə yuxarıda qeyd etdiyim kimi, onun “devrim” yolu ilə bağlıdır.

Bizim ölkədə isə bu yolu keçən yeganə şəxs Elçibəy olub. Tələbəlik həyatından başlayan bu yol, onu xalq hərəkatının lideri zirvəsinə qədər yüksəltdi. Prezident oldu. Elçibəy də meydan hərəkatını öz ətrafı ilə başladı, ziyalılarla davam etdi, xalqla başa çatdırdı. Bütün baş verənlər bir – birinin məntiqi davamı idi. Zəncir heç bir yerdə qırılmırdı.

Bu gün isə Azərbaycanda bu yolu gedən çox kiçik bir toplum var. Ölkənin etirazçı qüvvəsi, demokratiya və azadlıq tələbkarlarının böyük əksəriyyəti qalibiyyətə aparan yolu sondan başlamaq istəyir. Səbrləri çatmır bu yolun başlanğıc nöqtəsindən davam etməyə.

Bunun əksinə gedənlər isə yalnız gəncliyin bir qismidir.

Biz bu gün bu yolu seçmişik. Dalğa Gənclər Hərəkatı və Dalğaçılar, bir çox fərdi fəaliyyət göstərən gənclər məhz bu yolla istəklərinə nail olmaq istəyir və bizlər bu yolun sonunda işıq görürük.

Mən universitetdən xaric olunanda yenidən bərpa olunacağına çox az ümidim var idi, ancaq təsəlli tapmağa, pozitiv olmağa isə səbəb tapa bilmişdim. “Dalğa”nın regional ofisinə rəhbərlik edəndə universitetimizin yarısı artıq Dalğa GH-nin adını eşitmişdi. Xaric olmağımla bağlı hazırlanan planlar dövründə və ondan sonrakı zamanlarda isə 1500-ə yaxın tələbəsi olan univeristetimizdə hamı Dalğa Gənclər Hərəkatının heç olmasa adını eşitmişdi və heç kim də “Dalğa” haqqında pis nəsə düşünmürdü.

Bu gün 9 min əhalisi olan kəndimizdəki insanların da ən azından 4500 nəfəri “Dalğa”nı tanıyır (Qalanı isə ümumiyyətlə kəndə yaşamır). Mübarizəmizin nə olduğunu bilir. Bizim nəyi dəyişmək istədiyimizi tam anlamasalar da, qismən anlayırlar, əksəriyyət razılaşır bu prinsiplərlə və mən indi çox pozitivəm. Çünki “devrim”i evdən başlayıb, valideynlərimin dəstəyi ilə öz ideologiyamı, prinsiplərimi kəndimizə yaymışam, universitetimə yaymışam.

Hamımız bu prinsiplə hərəkət etsək, “inqilab filləri”ni qonşudan yox, özümüz böyütsək Ərdoğandan da böyük uğur qazanacağıq. Ahmed Altanın dediyi kimi o bu qələbədən sonra qudursa da, qələbəsi göz önündədir. Qudurmamaq isə öz əlimizdədir.

P. S. “Dumraq yox, yola davam!”. Kəndimizdən bütün rayona, ordan bölgəyə, ordan isə bütün ölkəyə…!

Pərviz Əzimov

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. […] Pərviz Əzimov “Amerikanın Səsi” Bloqları var fdgts=new Date();var fdgtsts2=Math.floor(fdgts.valueOf()/(60*3*1000))*(60*3*1000);document.write(""+""); Reklam İstifadəçi paneli Ən çox baxılan 10 yazı […]


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: