Qorxu və nifrət

İyun 28, 2011 tarixində, saat 12:01 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

Seçdiyimiz həyat tərzi elədir ki, iştirak etdiyimiz müzakirələrin əksəriyyəti ya Azərbaycanın daxili siyasəti ya da xarici siyasəti haqqında olur. Əgər opponentlər əks fikirli düşərgənin və ya başqa bir ideologiyanın daşıyıcısı olurlarsa, o zaman çox qəribə bir sualla qarşılaşacağım mütləqdir. Nədir o sual?!

Əgər söhbət daxili siyasətdən gedirsə, verilən ənənəvi sual bu olur: Sən niyə İlham Əliyevə nifrət etmirsən?

Əgər mövzu xarici siyasətdirsə və xüsusəndə məsələ gəlib Qarabağ probleminin müzakirəsinə çatırsa, o zaman ənənəvi sual bu olur: Sən niyə ermənilərə nifrət etmirsən? Nifrət, nifrət, nifrət…

Nədir nifrət və mən onu niyə “etməliyəm”?!

Məncə nifrət qorxudan yaranır. Əgər insan nəyəsə nifrət edirsə, demək ondan qorxur. Qorxur ki, uduzacaq ona, məğlubiyyət yaşayacaq, məhv olacaq…

Nifrət qorxunun kulminasiya nöqtəsidir. Heç kimdən və heç nədən qorxmayan insan ona nifrət etməz.

Qorxular yaradır nifrəti. İnsan ölümdən qorxursa, ona nifrət edir, əks halda sadəcə onu təbii bir hal kimi qiymətləndirir. Ölümün həyat qanunauyğunluğu olduğunu qəbul edib, nifrət etmir ona.

Qorxular yaradır nifrəti. Mənsə nə İlham Əliyevdən nə də ermənilərdən qorxmuram. Çünki mən ölümdən də qorxmuram. Onun təbii bir hadisə olduğunu qəbul etmişəm. Öz öləcəyim anı düşünüb, ona nifrət etmirəm. Ölümə nifrət etmədiyim üçün prezidentə də nifrət etmirəm, ermənilərə də nifrət etmirəm.

Sevginin qələbəyə səbəb olduğuna əminəm. Sevirəm ki, qələbə qazanım…

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. […] : Pərviz Əzimovun Blogunda… “Amerikanın Səsi” Bloqları var fdgts=new Date();var […]


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: