Görüş yeri saatın yanı

İyul 11, 2011 tarixində, saat 8:05 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

Bu bir istəkdir sadəcə. Hər gün işləyirik, ora qaçırıq, bura qaçırıq. Çox az vaxt zaman tapıb bir – birimizin üzünü görürük. Nəyi isə danışmağa, müzakirə etməyə demək olar ki, heç vaxtımız olmur. Çox maraqlısı isə odur ki, hamı bir – birini görəndə bunu deyir: “Haralardasan, görünmürsən?”

Gəlin görək bir – birimizi. Həmin gecə oturaq səhərə qədər, danışaq, pivə içək, nəyi isə müzakirə edək, lap belə oynayaq.

Deməli belə. Mən təklif edirəm ki, bu şənbə günü – iyul ayının 16-ı, saat 22:00-da hamımız Dənizkənarı Milli Parkda (Bulvar) yerləşən saatın yanında yığışaq. Qoy bizi tanımayanlar da gəlsin. Yeni şəbəkələr quraq. Bazar günü yəqin ki, xüsusi bir işimiz yoxdur. Bulvarda keçirək bütün gecəmizi. Pivə götürək, sərinləşdirici içkilər götürək özümüzlə. Kimsə ifa etməyi bacarırsa gitara götürsün, tar götürsün. Kimsə hansısa mövzu haqqında məlumat vermək istəyirsə leksia hazırlasın. Qulaq asanlar qulaq asar, asamayanlar bir kənarda oturacaq, danışacaq və ya nə bilim sevişəcək sevgilisi ilə. O gecə “Bulvar” təhlükəsiz olacaq bütün sevgililərə. Heç kim onlara sataşa bilməz. Çünki biz onlara ilişmək istəyənlərdən çox olacağıq və ən əsası biz daha səmimi olacağıq.

Həmin gecə məncə birazda yorulaq. Parkdakı oturacaqlarda yatmağın da dadını çıxardaq.

Arzu edək ki, havalar soyuq keçsin. Bir – birimizə sığınaq, daha da mehriban olaq. Kiminsə ehtiyat paltarı olsun və o digərlərinə yardım etsin.

Çox uzun yazmaq istəmirəm. Kim nə istəsə onu etsin.

Mən orda olacağam.

Görüş yeri saatın yanı.

16 iyul, saat 22:00

Hamımız yayaq bunu. Yayaq ki, dostlarımız da xəbər tutsun!

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. […] : Pərviz Əzimovun Blogunda… Youth Exchanges Yan Menyu (test mərhələsi)Daxil olunDaxil […]


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: