Əyalət, anklav və ya unudulmuşlar

Avqust 6, 2011 tarixində, saat 8:43 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

Yol elə bir şeydir ki, sonun hara olduğunu bilsən belə, hara qədər gedəcəyini bilmirsən.

 

İlk dəfə idi ki, doğulduğum rayondan  – Masallıdan bu qədər müddətə ayrı qalırdım. 6 ildir valideynlərlə bir yerdə yaşamaqdan imtina etsməm də, ən geci 3 ayda bir dəfə gedib, onları görür, anamın bişirdiyi yeməklərdən doyunca yeyirdim. Bu dəfə isə 5 ay idi ki, getmirdim.

Seymur Baycanın “Quqark” romanını çoxdan oxumaq istəyirdim, amma nədənsə alınmırdı. Rayona gedəndə bir neçə kitabla bərabər “Quqark”ı da özümlə götürdüm. Maşına oturar – oturmaz kitabı açıb oxumağa başladım. 270 kilometrlik yolu mənasız keçirmək istəmirdim. Bezmişəm, artıq kimsəsiz və kasıb əraziləri yol boyu seyr etməkdən. Həm də məndən başqa da avtomobildə başqa insanlar oturmuşdu. Çox zaman isə müzakirə olunan mövzular o qədər bayağı, sürücünün qoyduğu musiqi isə o qədər eqoist və mənəviyyata qarşı terrorla dolu olur ki, onu dinləməmək üçün nəsə eləmək mütləqdir.

Ümumiyyətlə yol getmək ən çətin işdir. Yol elə bir şeydir ki, sonun hara olduğunu bilsən belə, hara qədər gedəcəyini bilmirsən. Yolda qəza ola bilər, getdiyin nəqliyyat və ya digər bir vasitə sözün bütün mənalarında sına bilər.

Gedib kəndə çatdım.

Əslində qəribə olan heç bir şey yoxdu və bədbəxtçilik də budur. Kəndə böyüsəm də, hər zaman onu gördüyüm kimi təsəvvür etməmişəm. Mənim üçün kənd başqa bir anlayışdır. Kənd odur ki, gündüzlər işləyirsən, əkib becərirsən, dərsə gedirsən, axşamlar ailəlikcə qonuşun evinə gedirsən və ya onlar gəlir sizə, küçədən keçəndə qoxudan hiss edirsən ki, yaxınlıqda kimsə təndir çörəyi bişirir, mal – qara qoxusu gəlir, həyətdə 4 daşın ütsündə taxtalar düzüb, sonra da üstündə uzanıb kitab oxuyursan….

Getdiyim kənd isə “inkişaf” edib. Daha kəndə heç kim kitab oxumur, qonşuun evinə getmir, mal – qara daha iy vermir, insanlar nə dərsə gedir, nə də əkib – becərmir. Hamı siyasətdən danışır, amma Azərbaycandan yox, ABŞ-İsrail-İran problemindən. Burada olan inkişaf da bayağılaşıb. Çayxanalarda bütün gənclər “domino” və ya “nərd” oynayır.

Bütün bunlar sadə görünə bilər, ancaq bütün bunların içində olmaq insan üçün çox qəribədir. Paytaxtda insanların həyata, dünyaya, mədəniyyətə və digər məsələlərə baxışında az da olsa inkişaf var, ancaq bu yalnız paytaxtdadır. Hələ də, regionda insanların zarafatı “antoni qırmızı geyinmisən”, “güya sən bomba oğlansan da”, “oxuyub nə zibil olacaqsan?!” kimi ifadələrdən ibarətdir.

Bu kənd mənə doğmadır. Bu kənd həmin kənddir ki, universitetə hazırlaşamaq üçün məşğələlərə gedəndə mənimlə sonuncu qeyd etdiyim “zarafatı” çox edib. İndi də edir. İndiki abituriyentlər də mənim bir zamankı halımı yaşayır. Ordakı gənclər arasında ən ağılsızı, orta məktəbdən çıxandan sonra gedib dərs oxuyanlardı.

İndi isə kəndimiz inkişaf edib, 100-dn çox məzundan 2 nəfər universitetə daxil olur…

Mən hələ kəndimiz haqqında çox yazacağam.

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. […] : Pərviz  Əzimovun Blogunda… Youth Exchanges Yan Menyu (test mərhələsi)Daxil olunSidebar […]


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: