Biz hamımız cavan öləcəyik

Avqust 10, 2011 tarixində, saat 7:58 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh

Ölüm…

Çox qəribə bir hisdir ölüm xəbərini eşitmək…

Elə zənn edirdim ki, cavan ölümə artıq öyrəşmişəm. Yaxınlarımdan çox adamı cavan yaşlarında itirmişəm. Amma buna alışmağın mümkün olmadığını hələ ötən il anlamışdım. İlk dəfə ölümün nə olduğunu Şahin Ağabəyli dünyasını dəyişəndə hiss etdim. Onun hələ 35 yaşı tamam olmamışdı. Bir yerdə işləyirdik,  gecələr saat 5-ə qədər oturub müzakirələr aparırdıq, yaxınlıqdakı “şaurma”dan yemək sifariş edirdik… İndi isə bunu etmək olmaz.
Daha sonra Anar Məmmədxanlını itirdik. Onunla yaxından tanış olmasam da, ölümü məni sarsıtmışdı. Anar Məmmədxanlının da yaşı çox deyildi. Cəmi 41 yaşı var idi. Hamını güldürmüşdü ölümünə qədər. Əminliklə deyə bilərəm ki, Azərbaycanda elə bir adam ola bilməz ki, onun yumorundan az da olsa təbəssüm etməsin. 41 yaşında isə o hamını ağlatdı, sarsıtdı…
Bu gün Ceyhun Nağını… Ceyhun Nağını itirdik. O daha yazmayacaq, daha müzakirələrə qoşulmayacaq. Ancaq onun dedikləri, yazdıqları hələ çox müzakirə olunacaq. Ceyhun Nağını da cavan itirdik – 39 yaşında.
Hər birinin bir övladı var idi. Bilmirəm bu nə uyğunluqdur, ancaq çox dəhşətlidir. 1 övlad. Kiçik, hələ yaşı çox olmaya övlad…
Şahin Ağabəyli yol qəzasında vəfat etmişdi. Anar Məmmədxanlı və Ceyhun Nağı isə ürək problemlərinə görə vəfat etdi.

Bizim ürəklərimiz dözmür artıq. Bizim sferada kim varsa arsız, həyasız, yaltaq olmağı bacarmır. Ürəyində yaşadır bütün problemləri. Hamını güldürən Anarın ürəyi ağlayırmış, hamı ilə səbrlə danışan Ceyhunun ürəyi səbrsiz imiş.
Bizə çox yaşamaq günahdır. Bir gün hamı öləcək, amma bizdən sonra. Onlar bizdən gec öləcək ki, bizi yaşatsınlar…

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Allah rəhmət eləsin, əzizlərinə səbr versin, güc versin!
    Baxıb fikir verirsən ki, son vaxtlar ürək problemləri ucbatından nə qədər cavanlı, yaşlılı insanlar həyatlarına vida edirlər. Zarafat kimi səslənsə də bir şey demək istəyirəm. Keçənlərdə atam deyir ki, indi ən son dəbdə olan ölüm ürək qüsurlarından olan ölümlərdir. Çox moda düşüb. Hər gün birini eşidirsən. Mən də bu yaxınıarda bir əzizimi bu səbəbdən itirmişəm. Nə deyim, ruhları şad olsun.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: