BİZ…………..

Avqust 11, 2011 tarixində, saat 11:33 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

5 il bundan əvvəlin “dəlilər”i, bu günün….

Bəzən tək olanda bu sual məni çox düşündürür: “BİZ kimik, niyə BİZik, niyə varıq… ?”

İlk baxışdan sadə suallardı və hər birimiz bunu bilirik. Amma mən bu sualı MƏN olaraq özümə vermirəm, bizi sadəcə küçələrdə görən və ya sadəcə haqqımızda nəsə eşidən bir sadə insan olaraq verirəm.

Sadə…

Heç kim bizdən daha çox sadə deyil, amma bizim sadəliyimiz fərlidir. Sadə vətəndaş, sadə insan və s. anlayışlar bu xalqın ən böyük dərdlərindən biridir. Kim ki, özünə əziyyətə salmaq istəmirsə, deyir ki, mən sadə bir insanam, bu siyasət filan mənlik deyil.

Biz hər gün işdən sonra görüşürük, hissə – hissə, topa – topa üstünə ayaq basanda təhsil qoxusu gələn mərmər piltələri tapdalayaraq gəzirik şəhəri. Yolda bir – birimizlə qarşılaşırıq, salam verib, ayrılırıq, yeni də gəzirik və yenə də qarşlışarıq.

Bizlər hər gün, hamı kimi danışırıq, amma mövzularımız fərqlidir. Biz hər gün baş verənləri axşam analiz edirik, lazımı nəticələr çıxardırıq, problemləri dilə gətiririk, çıxış yolları, nə edə biləcəyimizi müzakirə edirik.

Getdiyimiz və sevdiyimiz çox sakit, rahat və doğma yerlər var – “Eltoro”, Dənizkənarı Milli Parkdakı “Kələki”, “No name”…

Bu gün də hərgünkü kimi işdən sonra şəhərin doğma yerlərində gəzişəcəyik, doğma kafelərdə oturacağıq, “Fəvvarələr meydanı”ndan keçəndə bir də görərik ki, Turxan Qarışqa nəsə dərin bir mövzudan danışa – danışa 5-6 nəfərlə birgə gəlir, “Kələki”yə çatanda bəlkə də orda başqa tanışlarla, məsələn Samir Əsədli və digərləri ilə qarşılaşacağıq, kəllə – kəlləyə vuracağıq, sonra yenidən hansısa kafeyə sığınacağıq, orda rahatlanacağıq, bir stəkan çay içib, işləməyə başlayacağıq, könülül işləri…

Sonra yenə şəhərə çıxıb təmiz hava alacağıq, deyəcəyik, güləcəyik… Hər şey zövqüzə görə olacaq. Hətta istəsək gecə  getməyəcəyik… Səhərə qədər Ramin Hacılın maraqlı söhbətlərinə qulaq asacağıq…

Bütün bunları isə Zahir Əzəmətin sözlərinə yazılmış “Bəyannamə” mahnısında Firudin Allahverdi Daha gözəl təsvir edir…

Biz bir dəstə evsiz eşiksiz
Bu gündən bəyan edirik
Açın qulaqlarınızı eşidin
Hamı bilsin bizimdi bütün şəhər

http://soundcloud.com/fallahverdi/bayanname

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: