Kimə lazımdır Leyla Yunus?

Avqust 15, 2011 tarixində, saat 8:31 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Biraz gecikmiş mövzudur və biraz pafoslu yazıdır.  Əslində mövzunun gecikmiş olması da pafosa görə oldu. 3 gün idi ki, bu mövzuda nəsə yazmaq istəyirdim, ancaq beynimdəki fikirlərin əksəriyyətinin pafosdan ibarət olduğunu düşünüb saxlayırdım.

3 gün bundan əvvəl Sülh və Demokratiya İnstitutunun “Qış bulvarı” yaxınlığındakı ofisini sökdülər. İnstitutun rəhbəri isə hüquq müdafiəçisi Leyla Yunusdur.

Leyla Yunus bu ölkədə yüzlərlə, minlərlə insanın pozulmuş hüququ uğrunda mübarizə aparıb, onların problemlərini həll edib, heç bir idarədən, heç bir qurumdan çəkinməyib, qorxmayıb. Onun müdafiə etdiyi hüquqları bir çoxları qorxduqlarından heç dilə gətirə bilməyib. 3 gün əvvəl isə onun ən ali hüquqlarından biri olan mülkiyyət hüququ əlindən alındı. Nədi, nədi orda “Qış bulvarı” salacaqlar.

Kimlər üçündür bu park, nə edəcəyik orda?!

Bəlkə də tikintinin sifarişçiləri bilmir, ancaq mənim indidən əmin olduğum bəzi məqamlar var.

O parkda haqları tapdanan, hüquqları əllərindən alınan insanlar, Leyla Yunusun qəbuluna gəlmək istəyənlər oturacaq. Onlar bir – birini tanıyacaq orda, bir – biri ilə dərdlərini bölüşəcəklər, sonra sizlərə qarşı təşkilatlanacaqlar…

Bəzi vətənpərvərlərimiz deyir ki, niyə bizim gənclər gedib “Dağüstü park”da sevişir. Orda şəhidlərimizin məzarı var. Ora park olmazdan əvvəl şəhid məzarlığı olub.

“Qış buıvarı” tikiləndən sonra ora da, gənclər gələcək, sevişəcək, belə əcəb edəcək. Ancaq bilirsiz ora nə olacaq?! O park “Dağüstü park”ı xatırladacaq mənə. Sizin “Dağüstü park”ı. Çünki orda düzülən mərmər piltələrin altında insan cəsədi olmasa da, insanların mənliyini dəfn ediblər, o piltələrin altındakı torpaqlarda insanların pozulmuş mülkiyyət hüququnun göz yaşları var. Bu mənim üçün hər şeydən önəmlidir. “Dağüstü park”ı  matəm yerinə çevirənlər bu ölkədə yaşamır deyə siz orda şəhidlərin yatdığını çox rahat şəkildə deyə bilirsiz, ancaq “Qış bulvarı”nı matəm yerinə çevirənlər bu ölkədə yaşayır və siz onlarda qorxub bunu deyə bilmirsiz.

Bütün bu yazılanlar bəlkə də boş – boş sözlər kimi görünə bilər, ancaq mən bir şeyə əminəm. Mən əminəm ki, bu gün Leyla Yunus kimi insanların ofislərini sökənlərın övladları bir gün Leyla Yunusdan hüquqi yardım almaq üçün onun ofisinin harda yerləşdiyini axtaracaq.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: