Misir Mərdanova 5 sual

Avqust 16, 2011 tarixində, saat 10:50 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”na əsasən 5 min tələbə xaricdə təhsil almalıdır. Programda göstərilən müddətin demək olar ki, tam yarısının keçməsinə baxmayaraq, xaricə göndərilənlərin sayı niyə cəmi 748 nəfərdir?

 

Azərbaycanda ən bərbad sahə təhsildir. Təhsildəki problemlər bütün digər problemlərdən daha çox qabardılmalıdır. Çünki təhsil inkişaf eləməsə nə tibb, nə ekologiya, nə demokratiya, nə media, nə də digər sahələr inkişaf etməz.

Təhsil sahəsində isə bütün baş beynimi xarab edən bəzi suallar var. Bu səbəbdən suallarım sizədir cənab Misir Mərdanov

1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”na əsasən 5 min tələbə xaricdə təhsil almalıdır. Programda göstərilən müddətin demək olar ki, tam yarısının keçməsinə baxmayaraq, xaricə göndərilənlərin sayı niyə cəmi 748 nəfərdir? ( mənbə 1: Təhsil naziri Misir Mərdanovun 2010-cu ilin aprel ayında “525”-ci qəzetdə yazdığı “Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış” adlı məqaləsindən sitat; ““2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 23 ölkəsinə 498 nəfər təhsil almağa göndərilmişdir”. Mənbə 2: Təhsil nazirliyinin 2011-ci il 16 avqust tarixində yaydığı bəyanat; “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu il 250 ölkə vətəndaşı xarici ölkələrdə təhsil almaq hüququ qazanıb” – trend.az)

2. Bütün müsahibələrinizdə sual verildi ya verilmədi, ölkənin güclü inkişafından danışırsız. O zaman deyin görək, niyə dediyiniz bu güclü inkişaf etmiş ölkənin universitetlərində baloniya sisteminə keçid bu qədər ləng gedir?

3. 2009-cu ildə Lənkəran Dövlət Universitetindən xaric olunmuşdum. İddia edirdim ki, qanunsuz xaric edilmişəm. Siz isə buna məhəl qoymurduz, amma mən məhkəmədə bunu sübut elədim. Məlum oldu ki, rektor Asəf İsgəndərov təhsil haqqında qanunun qaydalarını pozub. O zaman bəs nədən onu cəzalandırmadınız, nədən universitetə komissiya gedib təhsilin vəziyyətini yoxlamadı?

4. Ötən il Elmin Bədəlov da universitetdən xaric olunub və biz yenə iddia edirik ki, o qanunsuz xaric olunub. Ancaq sizlər bunu inkar edirsiz. Tamam, deyək ki, inadkarsız. Bəs o zaman nədən Elminin 6 ay sonra universitetə bərpa olunması hüququ tanınmır?

5. Sual verə bilərsiz ki, niyə bu sualların cavablarını zəng edib nazirliyin əməkdaşlarından soruşmuram. Mən də sual verirəm. Ümumiyyətlə siz o binada nə işlə məşğulsuz? Niyə heç bir əməkdaşınız suallarıma cavab vermir? Ümumiyyətlə siz niyə maaş alırsız?

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: