Bakının satılmış gecələri

Avqust 19, 2011 tarixində, saat 9:08 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , , , , ,

Son zamanlar ən sevdiyim iş gecəyarı Bakı küçələrini gəzməkdir. Adətən şəhərin mərkəzində yaşayan dostlarımla gecəyarı saat 3 radələrinə qədər oturub müxtəlif mövzularda müzakirələr aparırıq. Sonra isə hər kəs öz evinə gedir. Hamı dağılışandan sonra isə, təkbaşına Bakının gecə həyatını seyr etmək üçün bir neçə saat da gəzirəm. Bakının gecə həyatı tamam fərqli olur.

Haşiyə: Ötən il ABŞ-da olərkən özlüyümdə belə bir qənaətə gəldim ki, insanlar gündüz tamam başqa həyat yaşayır, gecələr isə tamam başqa. Bəziləri daha çox romantik olur, bəziləri daha çox sərbəst, bəziləri isə daha çox kobud olur. ABŞ-da gündüz insanın yanından keçən, səninlə üz- üzə gələn hər kəs üzünə gülümsəyir, təbəssüm edir,gecələr isə bütün klublarda, qaranlıq küçələrdə insanlar gündüz olduqlarından tamam fərqli olurlar. Daha heç kim gülümsəmir, heç kim səndən hər addımbaşı üzr istəmir.

O gecə bulvardakı kafelərdən birindən oturub, uzun – uzadı danışdıq. Təqribən saat 3 olardı. Dağılışmaq qərarına gəldik. Gəzə – gəzə “Sabir bağı”na qədər gəlib, dostumla sağollaşıb, evə tərəf – üzü “Fəvvarələr meydanı”na tərəf addımlamağa başladım. Uzaqdan qulağıma gözəl musiqi səsi gəldi. Bu gecə Bakını seyr etməyi qarşıma məqsəd qoymuşdum. Mən addımladıqca musiqinin səsləri daha da yaxınlaış və bu səslərə müxtəlif sevinc sədaları qoşulurdu.  Bakının seyrinə bu musiqidən başlamağı qərara aldım.  Bu səs şəhərin boz piltələrinə qovuşub ona rəng verirdi, bu səs bizim üçün saçmayan gecə lampalarının üstündə görünüb acıqla üzümə gülümsəyirdi. Gülümsəyib deyirdi ki, mən sənin deyiləm. Çıx, çıx get bu şəhərdən. Sən bu şəhəri ögeyləşdirdin, sən bu şəhəri satdın, sən kəndə olan bu şəhərə fahişələrin bol olduğu bir məkan kimi baxdın. İndi isə haqqın yoxdur bu şəhərin gözəlliyini yaşamağa. Haqqın olsa belə buna icazə verməzlər. Peşiman olub, yalvarıb bu şəhərdən üzr istəsən belə, artıq gecdir…

Maraq məni cazibə kimi həmin ünvana çəkirdi və o səs gələn yerə doğru addımlamağa başladım.  Artıq musiqinin harada səsləndiyini görürəm. Təqribən 30 əcnəbi “Fəvvarələr meydanı”nda bir yerə toplaşıb, canlı musiqi ifa edir, rəqs edir. Gözəl mənzərədir, hamı əylənir, hamı mehribandır və heç kimin digəri ilə işi yoxdur. Bəlkə də çoxları heç bir birini tanımır, bəlkə də mən də gedib onlara qoşula bilərdim, amma qorxdum. Qorxdum ki, hürküdərəm onları. Nə qədər mədəni davransam da bu belə olmalı idi. Bəlkə də məndən əvvəl neçə polis, neçə “qaqaş” ilişib bunlara.

Ətrafda isə məzlum mənzərəsi var. 30-40 metr aralıda kiçik qruplar şəklində toplaşan Azərbaycan gəncliyinin kişi cinsindən olan nümayəndələri bu mənəzərəyə tamaşa edir və öz aləmlərində bunlarla məzələnirdilər. Bu gözəlliyi vizual olaraq görsələr də, daxilən hiss etmirdilər. Bəlkə də gecə lapmalarının üzərində görünən musiqi onlara da baxıb acıqla gülmüşdü, bəlkə də onlar da bir zamanlar bu şəhərə mənim kimi yanaşmışdı və indi qorxurdular. Bu qorxularını isə məndən fərqli olaraq ətrafa bildirmirdilər. Ancaq yox…

Taqorun ən çox sevdiyim aforizmi yadıma düşdü: “İnsan günəşə çatmaq həsrəti ilə çox ağlasa, bir gün onu görməkdən də məhrum olacaq”.

Bizim gənclik uzun müddət cəmiyyət arasında “Fəvvarələr meydanı”nda əylənənlərə lağ edib, özünü başqa cür göstərib, ancaq tək olanda o ölkədəki vətəndaşlar kimi əylənə bilmədiyi üçün söyüb özünü, sızlayıb, ağlayıb, dərd çəkib. Ancaq özünün də təbliğ etdiyi toplum ona imkan verməyib ki, səmimi olsun. Və bu gün o gözəlliyi görmək istəsə də, artıq bacarmır.

Bakının gecə həyatı artıq bizim deyil. O gecələr, gecəyarılar satılıb. İstəyərəkmi satılıb, istəmədənmi satılıb bilmirəm. Ancaq reallıq bundan ibarətdir ki, onlar hazırda bizim deyil.

Biz o gecələrə utancaq qonaqlar kimi tamaşa edirik, başqa heçnəyi bacarmırıq.

Advertisements

2 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Son zamanlar ağlımda cərəyan edən, lakin heç cür bir araya gətirib yaza bilmədiyim bir məqaləni başqasından oxudum… Çox kövrəltdi bu yazı məni…Bakıya boz şəhər deyirlər, Bakını pisləyirlər.. amma şəhərimiz çox məsumdur 😦

    • komək edə bildiyim üçün sevindim )


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: