Bəy mənə nə öyrətdi?

Avqust 22, 2011 tarixində, saat 7:41 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Bəzən çox düşünürəm. Bir gün biri məndən Elçibəyi soruşsa, mən onu necə təsvir edəcəyəm?!

Doyunca görmədim ki, onu. Bəy meydanlarda, tədbirlərdə, telekanallarda danışanda çox balaca idim. Nə danışdığının fərqinə varmırdım, niyə danışdığını dərk etmirdim. O vaxt bizə qoymurdular ki, Elçibəyi sevək.

Bəzən utanıram. Mən orta məktəbə yeni – yeni getməyə başlayanda bizə öyrətmişdilər ki, Elçibəyə keçibəy deyək. Mən də həmyaşıdlarıma qoşulub bekar vaxtlarımızda küçələrdə yol gedərkən şüar kimi qışqırırdıq: “Elçibəy, keçibəy”.

İndi bütün bunlar yadıma düşür. Bilmirəm, ağlayım ya gülüm o günlərimə?!

Mən Elçibəyi onun ölümünə bir il qalmış tanımağa başlamışam.  1999-cu ildə təzə – təzə başlamışdım qəzetlər oxumağa. Daimi oxuduğum qəzet “168 saat” olsa da, bəzən digər qəzetləri də oxuyurdum. Bu zaman isə Elçibəy haqqında kiçik yazılar görürdüm. Uşaqlıq travmaları öz təsirini gözəl göstərirdi. Mən bu yazıları görüb, varağı çevirirdim.

Bəyi Ədalət Tahirzadənin sayəsində daha yaxşı tanımışam və bundan sonra onu sevməyə başlamışam. İkinci kursda oxuyanda Elçibəy haqqında yazılmış, onun fikirlərindən bəhs edən “Deyirdim ki, bu quruluş dağılacaq” kitabını oxuyanda, ilk ağlıma gələn iş dönüb keçmişimə qarğış yağdırmaq oldu, ancaq eləmədim. Çünki bu kitabı oxuduğum zaman təsadüfən ANS-də Elçibəylə bağlı bir süjetlə tanış oldum. Sujetdə göstərilirdi ki, telekanal Elçibəyin hansısa işini tənqid edib və bundan sonra bəyin özündən münasibət öyrənilib ki, bəs buna münasibətiniz necədir? Bəy də cavab verir ki, münasibəti normaldır. Medianın azadlığından danışan bəy, ANS- şıltaq da adlandırır. Hər şey pozitivdir.

Bu süjetə baxandan sonra mən də öz uşaqlığıma ad axtarmağa başladım. İfadə azadlığımı, şıltaqlıqmı. Bilmirəm. Ancaq söymədim keçmişimi, nifrət etmədim uşaqlığıma, bu günümə sevindim.

Bu gün isə bir çoxları sual verir ki, “Nə verib Elçibəy sənə, onu bu qədər sevirsən?”

Çox şey saymaq olar, ancaq hər şeydən əvvəl bəyin bizlərə verdiyi, miras qoyduğu bir nüans var – SEVGİ. Bəy mənə sevməyi öyrətdi, pozitiv olmağı öyrətdi.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: