Məmləkətin vəkilə ehtiyacı var

Avqust 24, 2011 tarixində, saat 1:43 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

30 dəqiqə əvvəl eştdim bu xəbəri. Bu gün Azərbaycan Vəkillər kollegiyasının rəyasət heyətinin iclası keçirilib. İclasda intizam komisiyasının rəyinə əsasən tanınmış vəkil Vəkillər Kollegiyasının üzvü, 6 saylı hüquq məsləhətxanasının vəkili  Xalıd Bağırov 1 il müdətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Səbəb?
Rəsmi səbəb budur:  Vəkil kollegiyası bu qərarı qəbul edərkən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun şikayətini əsas götürüb. General R.Abbasov X.Bağırovu “Bizim Yol” qəzetinə verdiyi açıqlamada polisin adına ləkə gətirən məlumatlar yaymaqda ittiham edir.

Ancaq dediyim kimi bu rəsmi səbəbdir və təbii ki, Xalid Bağırovun veridyi açıqlamada heç bir qanun pozuntusu yox idi. Xalid Bağırov sadəcə olanı demişdi, Elvin Əsgərovun yıxılaraq deyil, polislər tərəfindən döyülərək öldürüldüyünü bildirmişdi.

Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılması şübhəsiz və heç şübhəsiz ki, siyasi anlam daşıyır. Bu hal isə bu gün ölkədə baş verənlərin fonunda sadəcə bir rüsvayçılığın pik nöqtəsidir.

Xalid Bağırov Azərbaycanda elə vəkillərdəndir ki, heç vaxt öz peşə şərəfini şərəfsizcəsinə istifadə etməyib. İnsanların ona inamını ən müqəddəs iş bilib və bu inamı qoruyub saxlamaq üçün vuruşub, çalışıb.

Onun bu gün Vəkillər Kollegiyasından qovulmasının səbəbi isə, müdafiə etdiyi 100-lərlə insanın müdafiə sistemini yox etməkdir. Vətəndaşları müdafiəsiz qalan ölkəni isə, bir gün kimsə müdafiə etməyəcək.

Hər birimizin Xalidə və onun kimi namuslu vəkillərə ehtiyacı ola bilər və təəssüf ki, bu mundar sistemin nəticəsi olaraq onların sayı getdikcə azalır. Mən Xalidin haqq uğrunda aparacağı hər bir mübarizədə onunla birlikdəyəm. Sizləri də dəstəkdə görmək istərdim.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: