Utopiya və Antiutopiya arasında savaş: AMNEZ!YA

Avqust 30, 2011 tarixində, saat 6:46 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , , , ,

Utopiya hər zaman insanı passivləşdirən, onun hərəkətsizliyinə səbəb olan amildir. İnsan nə qədər utopik xəyallar qurursa, bir o qədər gələcək karyerasını sual altına qoyur, bir növ gələcəyi ilə məzələnir. Corc Oruelin “1984” romanı ilə tanış olarkən anladım ki, ədəbiyyatın cəmiyyətə verə biləcəyi ən böyük tövhələrdən biri də antiutopiyanın yayılması olar. Antiutopiya isə utopiyadan fərqli olaraq, insanı ümidləndirən, amma bu ümidlərin doğrulması üçün düşündürən amildir.

Bu fikir mənim dünyagörüşümdə ikinci dəfə öz təsdiqini Əli Əkbərin “AMNEZ!YA” (Amneziya) romanını oxuyarkən tapdı.

“AMNEZ!YA” sırf siyasi motivlər əsasında yazılmış və həmçinin bir insan taleyinin bütün çalarlarını obrazlı şəkildə əks etdirən romandır. Romanın qəhramanı Murad yaşadığı ölkədəki siyasi sistemə qarşı etiraz edir, bu sistemi bəyənmir, onun yenisi ilə əvəz olunmasını istəyir və bütün bunlar olur, lakin…

Amneziya xəstəlik və yaddaşın itməsidir. Murad bu xəstəliyə tutulub, uzun müddətdir ki, komadadır, yaddaşını itirib. O komada olduğu müddətdə isə heç bir dostu, sevgilisi onun yanına gəlmir. Ona hər gün qulluq edən isə keçmiş həyat yoldaşıdır. Bütün bu müdət ərzində mübarizə yoldaşlarının heç biri ona baş çəkmir. Və nəhayət Murad amneziyadan ayılır. Amneziyadan sonra isə əvvəlki həyatı ilə bağlı heç bir şeyi xatırlamır.

Keçmiş həyat yoldaşı Murada onun kim olduğunu xatırladır… Murad diş həkimi olub, o və bir neçə dostu ölkədəki siyasi hakimiyyətə nifrət edirmiş, həyat yoldaşını tərk edib və başqa qadınla sevgili olmağa başlayıb… Murad isə bunları xatırlamır.

Gündəliyini açıb ordan öz həyatını oxuyur, yenə heç nə aydın deyil. Murad amneziya yaşadığı olduğu müddətdə isə onun çox istədiyi hadisə baş verib. Ölkədəki siyasi hakimiyyət dəyişib. Ancaq bu inqilab zamanı o bütün dostlarını itirib, onlar dünyasını dəyişib…

“Mən  İstiqlaliyyət küçəsinə qaçdım”

Övladının anası ona bu hadisələri danışarkən deyir ki, hər şey bir anda, seçkilərin absurd şəkildə saxtalaşdırılmasından sonra baş verib. Buna etiraz edən insanlarsa küçələrə və meydanlara axışmağa başlayıb. İstiqlaliyyət keçəsində sayı hesabı bilinməyən etirazçı kütlə azadlıq şüarları, demokratiya tələbləri səsləndirə – səsləndirə Prezident Adminstarisyasına qarşı hərəkət edir, evləri bu küçədə yerləşən insanlar eyvana çıxıb insanlara dəstək verir, onlar öz eyvanlarından Azərbaycan bayraqları asıb, etirazçılar getdikcə artmağa başlayıb, küçədə hərəkət məhdudlaşıb. Digər etirazçılar isə müxtəlif istiqamətdən adminstrasiya binasına tərəf hərəkət edir.

Mən bu səhnənin canlandığı hissəni oxuyarkən metro ilə “İçərişəhər” stansiyasına tərəf hərəkət edirdim. Qatar stansiyaya çatan kimi mən onu tərk etdim və eskalatordakı insanları aralayıb İstiqlaliyyət küçəsinə doğru qaçmağa başladım. Mən sadəcə ordakı insanlara qoşulmaq istəyirdim, ancaq küçədə maşınlar var idi…

“AMNEZ!YA! haqqında bir dəfə Azadlıq radiosunun “Oxu zalı”nda öz fikrimi yazarkən demişdim ki, bu kitəb həm də söyüşü belə insana sevdirən kitabdır.

Əli Əkbər niyə tələsib?

Bu kitab haqqında hər zaman müzakirələr aparılanda bir nüans xüsusi ilə qeyd olunur ki, “AMNEZ!YA” “1984” formatında olan romandır. Ancaq bir məsələ hər zaman unudulur. Antiutopiya janrında yazılmış hər iki əsərin bəlkə də bir fərqi var. Corc Oruel “1984”u yazarkən 1948-ci il idi. Yəni, o 36 il sonrakı hadisələri təsvir edirdi. Yazıçı Əli Əkbər isə öz romanında bir il sonra baş verəcək dəyişiklikləri, bəlkə də 1 ildən də az müddət sonra baş verəcək və ya baş verə biləcək dəyişiklikləri təsvir edir. Bu isə əsəri oxuyan, demokratiyaya ac olan oxucu kütləsində növbəti ümidsizlik yaradır.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: