İki “düşmən”in sevgisi: QUQARK

Avqust 31, 2011 tarixində, saat 12:09 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , ,

Bloqlarda kitab həftəsi davam edir.

 

 Əvvəlki yazımda AMNEZ!YA haqqında yazmışdım. Bu kitab həqiqətən də Azərbaycan ədəbiyyatında yeni mərhlənin başlanmasının bir əlamətidir.

 

İnsan nə qədər düşmən axtarışında olursa, nə qədər düşmənmeyilli olursa, onun həyatındakı uğursuzluqlar daha çox olur. Seymur Baycanın “Quqark” romanı haqqında çoxdan yazmaq istəyirdim.Ancaq nədənsə alınmırdı. Düzü yazmağa biraz çəkinirdim.

 

Bu vaxta qədər  Azərbaycanla Ermənistan arasında olan münaqişələr haqqında çoxlu məqalələr yazılıb, kitablar çap olunub. Seymur Baycanın bu mövzuya müraciət etməsi həqiqətən də mənim üçün gözlənilməz və bir o qədər də maraqlı oldu. Seymur bəlkə də Qarabağ münaqişəsindən sonra Ermənistana ən çox səfər edən azərbaycanlıdır. Onun düşüncələri həqiqətən də standratdan kənar olmalı idi.

Kitabı oxumağa başlamazdan əvvəl çox narahat idim ki, yəqin gözləntilərim öz təsdiqini tapmayacaq, ancaq…

Quqark Ermənistanda yerləşən bir düşərgənin adıdır. Bu düşərgə sovet dövründən fəaliyyət göstərib, ancaq məlum məsələlərə görə düşərgə öz fəaliyyətini dayandırıb. Hazırda isə yenidən fəaliyyətdədir.

Bakıda yaşadığı həyatdan yorulmuş, bezmiş, bəlkə də tükənmiş yazıçı bu düşərgədəki seminarda təlimçi kimi iştirak etməyə  dəvət alır və gedir…

Yazıçı elə düşünür ki, düşərgədə olan ermənilərin əksəriyyəti ona düşmən kimi baxır. Bəlkə də buna görə onu qorumaq üçün iki mühafizəçi cəlb olunub. Bir gün düşərgədə bir nəfər gəlib yazıçıya deyir ki, səni mətbəxdə bir nəfər çağırır. Kimin çağırdığı isə məlum deyil. Bəlkə də mətbəxdə aşpaz işləyən əli bıçaqlı qadınlar onu öldürəcəklər, bəlkə də orda işləyənlərdən birinin övladı Qarabağ müharibəsində həlak olub və ya itkin düşüb və ana bütün qisasını yazıçıdan alacaq. Ancaq o mətbəxə gedir… Orda isə yolboyu düşündüyü bütün mənzərlərin əksini görür. Yazıçı mətbəxdə bir zamanlar Qarabağda onlarla qonşu olan qadınla qarşılaşır və ….

Düşərgədə hər kəsdən daha məsum, daha sakit bir qızla, yazıçı arasında eşq macərası başlayır. Budur, iki “düşmən”in eşq məcarası…… Sonra Bakı həyatı və alovların, güllələrin, ölümlərin, qanın yaratdığı ayrılıq.

“Quqark”da insanı ən çox düşünməyə vadar edən məqamlardan biri də düşmən ölkədəki düşərgədə olan yazıçının orda uzanıb səmaya baxarkən, böyüdüyü, uşaqlığını keçirdiyi, indi isə işğal altında olan kəndlərini xatırlamasıdır.

Bütün bunları yazmaq, romanı təsvir etmək sadəcə mümkün deyil.

Romanda məni çaşdırmayan və ya olacağına əmin olduğum isə sadəcə bir məqam oldu. O da Seymur Baycanın dağınıq süjet xətti.

Ancaq romanı oxuyan hər kəs əmin olmağa çalışır ki, təsvir olunan hər bir hadisə realdır.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: