Twitter, Bloqosfer, Rauf Mərdiyev və Asif Eminov – VİDEO

Sentyabr 5, 2011 tarixində, saat 8:05 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , , , , ,

Bloqosferə getməzdən əvvəl forumun maraqlı keçməsi ilə bağlı məndə nəsə fikir formalaşmışdı. Ancaq bu marağın və ya maraqlı cəhətin nə olacağını dəqiq bilmirdim.

Bloqosfer həqiqətən də maraqlı keçdi. Təqdimatlar və müzakirələr zamanı bilmədiyim çox məsələləri öyrəndim. Tədbirə maraq qatan digər bir amil isə özünü Rauf Mərdiyev kimi təqdim edən şəxsin Twitter hesabında bloqosfer haqqında yazdığı Twit oldu. Özünü Rauf Mərdiyev kimi təqdim edən şəxs ( Rauf Mərdiyev adətən kimi isə tənqid edəndə onu belə adlandırır – özünü …… ……  kimi təqdim edən şəxs) Twitterdə yazmışdı ki, “klounada başladı #Bloqosfer” . İlqar Mirzə bunu oxuyandan sonra özünü Rauf Məridyev kimi təqdim edən şəxsdən kimə kloun dediyini soruşdu. Rauf Mərdiyev isə belə cavab verdi: “Mən buna Twitterdə cavab verəcəm”.

Bura qədər məsələnin statistik və ya xroniki tərəfi idi. Raufun bu cavabı bloqosferçilərin məşhur ifadəsinə çevrildi. Kimdən nəsə soruşurdunsa cavab bu olurdu: “Mən sənə twitterdə cavab verəcəm”. Hətta iş o yerə çatmışdı ki, dostlarımızdan biri otaq yoldaşından soruşur ki, bəs otağın açarı hardadı? Otaq yoldaşı da cavab verdi ki, bəs mən bu suala Twitterdə cavab verəcəyəm. 🙂

Və beləliklə günün vidosu çəkildi. Hətta eşitdiyimə görə, Raufun özü də bu videoya baxıb və gülümsəyib. Amma sonra nədənsə bloqosfer “ərazi”sində görünmədi. Dedilər ki, Türkiyəyə gedib.

Bakıya dönəndə isə bu sözün həqiqətən trend olduğunun şahidi oldum. Hamı bu haqda danışır, kimisi isə bu haqda yazı yazır və s.

Yazılardan birini də Asif Eminov yazmışdı. Asif Eminov yazır ki, “Rauf Bloqsfer haqqında öz təəsüratlarını harada istəsə bildirə bilər. İstər tədbirdə, istər bloqunda, istər twitterdə, istər facebookda və s. Hər halda Rauf Bloqsferdə belə sərt fikir səsləndiribsə, deməli, eşidəcəyimiz nəsə maraqlı fikir, informasiya var. Və bu adam twitterdə bu maraqlı informasiyanı paylaşmaq fikri varsa, bizlər bu informasiyadan yararlana biləriksə, nəyə görə qarşı tərəfin fikrinə mız qoymalıyıq?”

Asif, bu gün sosial şəbəkələr bir çox insanların real həyatına belə daxil ola bilir. Dünyada artıq belə bir təcrübə var ki, bu təcrübə Azərbaycana da gəlib çıxıb. Hansısa ictimai və ya siyasi arenada tanınan insan özünün sosial şəbəkədki hesabında nəsə yazır və jurnalistlər ondan bu haqda açıqlama alır. Gördüyümüz təcrübədə isə heç kimin Rauf kimi cavab verməsinin şahidi olmamışıq.

Rauf bu gün ictimai yükü olan insandır və bu baxımdan da hamının ondan cavab tələb etməsi çox sadə bir haldır. Onun cavab verə bilməməsi isə sadəcə qorxaqlıqdır.

Rauf konkret kimi isə və ya kimlərisə təhqir etmişdi. Ondan tələb olunan o idiki kimi təhqir etdiyini desin və bunu niyə etdiyini açıqlasın. Rauf isə sadəcə bundan qorxdu və demədi. İlqar Mirzənin elə oradaca dediyi kimi: “Kişi ona deyərəm ki, virtual aləmdə dediyini real рəyatda da deyə bilsin!”

Rauf isə bunu bacarmadı… Məsələ kişilikdən getmir, məsələ etikadan gedir. Rauf insanları kloun adlandırmışdısa, hər kəsin buna görə, ona cavab verməyə haqqı var.

Əslində Raufa ən gözəl cavabı Anar Gəraylı vermişdi. Anar demişdi ki, Rauf elə özünü də kloun adlandırıb. Niyə narahatsız ki?!

Asif, mən öz twitter hesabımı reklam etmirəm. Ancaq sən bunu etdin. Təşəkkürlər 🙂

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: