II Həftə – Getdiyimiz kafelər

Sentyabr 6, 2011 tarixində, saat 5:43 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Bloqlarda ikinci həftə başlayır.

Bloqlarda kitab həftəsi keçirdik. Zənnimcə uğurlu alındı. Bir çox bloqçu oxuduğu kitablar haqqında yazılar yazdı. Statistikaya əsaslansaq hər yazıya orta hesabla 150/200 baxış oldu. Azadlıq Radiosunun bloqlar hissəsində bəzi yazılardan istinadlar da verildi.

Bəzi yazılardan sonra oxuyucular  kitabları hardan tapaq, qiyməti neçəyədir deyə maraqlandı. Yəni ki, bu kompaniya kitabı, kitab oxumağı populyarlaşdırmaq kimi bir iş gördü.

Ancaq birinci həftə ərzində bəzi narazılıqlar da oldu. Təbii ki, problem yazılan yazıları bəyənib, bəyənməmək deyildi . Sadəcə bəzi dostlarımız narazılıq edirdi ki, biz də öz fikirlərimizi yazmaq istəyirik, ancaq bloqumuz yoxdu. Bu həftəyə isə yeniliklər etdik. Həftənin mövzusu haqqında istənilən şəxs, hətta bloqu olmayanlar belə yaza bilər. Bunun üçün sadəcə “facebook” sosial şəbəkəsinin “note” (qeyd) funksiyasından istifadə etmək kifayətdir.

Bloqlarda İkinci  Həftə başladı artıq.

İkinci həftənin mövzusu getdiyimiz kafelərdir. Bakı daxilində tez tez istifadə elədiyimiz kafelərdən yazmağımız hərkəsə xeyirli olar. Məsələn mən getdiyim kafe haqqında yazsam və kimsə də o yazıdan sonra getməyə yer axtaranda artıq bir kafe haqqında məlumatlı olar və ya həmin kafeni tənqid etsəm, xidməti bəyənməsəm, dostlarım kafe haqqında başqa bir fikrə sahib olar.
Yəni,  məlumat paylaşımı edək…

Ona görə ikinci həftə getdiyimiz kafelər haqqındadır…

Yazmaq istəyənlər yazsınlar… Oxuyaq…Məlumatlanaq…

Həftənin ideya müəllifi mən (Pərviz Əzimov) və Etibar Salmanlıdır.

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: