Rauf Mərdiyevə və onun müdafiəçisinə cavab

Sentyabr 7, 2011 tarixində, saat 12:56 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | 2 Şərh
Etiketlər: , , ,

Rauf Mərdiyevlə bağlı “Bloqosfer 2011”də baş verənləri yəqin çoxları xatırlayır. Üstündən uzun zaman keçməyib. Rauf Mərdiyev ona qarşı səsləndirilən tənqidləri, yazılan yazıları heç vecinə də almadı. Lütfən, kimsə buna görə Raufu dahi sayıb deməsin ki, o sizi heç saymır. Raufun cavab verməməsi, onun cavabının olmamsıdır, onun səhv etməsini anlamasıdır.
Bloqları oxuyarkən gördüm ki, özünü gənc jurnalist, jurnalistika fakultəsinin tələbəsi adlandıran bir qız bizi “yıxıb – sürüyüb”, Rauf Mərdiyevi isə dağın başına qaldırıb.
Əvvəla başlayaq qızın “jurnalistika”sından. Musayeva Gülnar adlı bu bloqçu bir kiçik bloq yazısında 14 qramatik səhv buraxıb. Hələ bəzilərini texniki səhv adlandırıb yazmıram. Əgər onları da əlavə etsək təqribən hər cümlədə 5-6 səhvin şahidi olarıq. Həmin səhvlərin bəzilərini yazıram:
şəraiti yox, şərait
Olsada yox, olsa da
deyərdimki yox, deyərdim ki,
çəkmiyəcəm yox, çəkməyəcəyəm
doğurdanda yox, doğrudan da
hazırlıyan yox, hazırlayan və s.

Bu nə deməkdir?! Bu o deməkdir ki, “İrəli”nin dediyi kimi ölkə təhsilində vəziyyət heç də yaxşı deyil. Dilin qramatikasını bilməyən bu qız necə kursdan – kursa keçir? Qoy buna Gülnar xanımın müdafiə etdiyi Rauf Mərdiyev cavab versin.

Gülnar deyir ki, Raufu tənqid edənlərin adını çəkməyəcək (çəkmiyəcəm). Bunu onunla izah edir ki, o özünə hörmət edirmiş.  Video isə ürəkbulnadırıcı imiş. Aldığım son məlumata görə, Gülnar xanım videoya baxandan sonra 3 dəfə qaytarıb.
Daha sonra xanım “Bloqosfer”I tənqid edərək yazır: “Çünki bu Azərbaycanın hazırladığı və bitərəf olmağı yarada bilməyən,hərkəs özünü ağıllı göstərməyə çalışan bloqosferdir”.

Bəs “İrəli”çilər hər zaman tariximizdən xalqa dərs keçərək deyirlər ki, azərbaycanlılar hər şeyin ən yaxşısını hazırlamağa qadirdir. İndi nə oldu bəs?

Advertisements

2 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. O qıza fikir verməyin, çox ciddiyə alırsınız, məncə. Onun “ürəyini bulandıranlar”dan ən azı 3 nəfər – mən, Emil və Etibarla birlikdə Bakı Jurnalistika Məktəbində kursa gedib və heç də orada onun ürəyini bulandırmaqla nəticələnəcək nəsə etmədiyimizi bilir. Adamın özü g”İrəli”də olma səbəbini belə ciddi arqumentlərlə izah etməsi bir yana, nəyə xidmət etdiyindən belə xəbərsizdir. Ona görə də ciddiyə almağa dəyməz, tam səmimi deyirəm, gülüb keçmək daha düzgündür, necə ki, bunu özüm şəxsən edirəm 🙂

  2. O qız həssas qızdır, onu əsəbiləşdirməyin.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: