Bizim “Kələki”miz

Sentyabr 8, 2011 tarixində, saat 9:57 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 4 Şərh
Etiketlər: , , ,

Bloqlarda ikinci həftə keçirilir.Mövzu “Getdiyimiz kafelər”dir.

Düzü bu yay ən çox getdiyim kafe Bulvardakı “saatın yanı”nda yerləşən kiçik və açıq havada yerləşən kafe oldu. Hər il yay zamanı ən çox getdiyim kafe olsa da, adını hələ də bilmirəm, amma biz bura “Kələki” deyirik.

Kafeyə “Kələki” adının verilməsi ictimai sektorun bura yığışan gənclərinin işidir. 90-ci illərdə müxalifyönlü insanlar gedib Elçibəyin yanında, Naxçıvanın Kələki kəndində yığışırdılar. Bizim gənclər də öz yığışdıqları yerə “Kələki” adı qoyub.

Əslində bu ad bizə kafeni biraz da doğmalaşdırır. Ancaq son günlər kafedəki qeyri – peşəkar xidmətin artması olmasa.

Əslində əvvəldən belə olub ki, burda işləyənlərin vahid xidməti forması olmayıb. Hərə bir köynək geyib. Biz bununla razılaşıb oturmuşduq. Son günlər isə  müştəriləri görməkdən bezən işçi heyəti laqeydliyini daha da artırıb. Şalvarını dizinə qədər qaldıran, 5 dəfə çağıranda bir dəfə gələn bu işçilər mənim son bir həftədə ora bir dəfə də olsun belə getməməyimə səbəb olub.  Bir sözlə son günlər burada xidmət az qala sıfr həddinə çatıb.

Ancaq təbii ki, mən “Kələki”yə yenə də gedəcəyəm. Ümid edəcəyəm ki, kafe əvvəlki farmatına uyğunlaşsın.

Kafenin üstün cəhəti də var. Dənizkənarı Milli Parkda fəalyyət göstərən kafelərin bir çoxundan fərqli olaraq, bura da heç bir zaman süni qiymət probleminə rast gəlmək olmaz. Müştərinin ilk dəfə və ya daimi olmasından asılı olmayaraq hər kəs üçün qiymət eynidir. Bəlkə də bu üstün cəhət sayılmaz, ancaq nisbət baxımından bunu üstün cəhət saymaq olar.

P. S. Havalar soyuq keçmir. Bəlkə sabah axşamüstü “Kələki”də görüşək? 🙂

Advertisements

4 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. good good

  2. yeniden dunyaya gelseydin bloq yazardin?

    • Yenidən dünyaya gəlsəydim, yəqin ki, ancaq və ancaq deşik (HOL) açardım

  3. Bu kafelər arasında Əli dayının kafesi ən yaxşıdıdır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: