Aquavita, qadın, dodaq…

Sentyabr 17, 2011 tarixində, saat 12:47 axşam | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər: , , ,

Hər şeydə ahəng olanda daha gözəl olur…

Hər şey göründüyü kimidir. Bir – biri ilə ünsiyyətdə olan amil və ya əşya bir – birinə yaraşmalıdır, ahəng olmalıdır. Bu sintez yaşam zamanı bəzən anlaşılmır, gözdən yayınır. Ancaq bu sintezin bir anını belə özündə əks etdirən fotolar hər şeyi daha aydın görməyə kömək edir.

“Bloqosfer 2011”-də çəkilmiş bu şəkilə baxarkən iki nüansı xatırlayıram. Bloqçuların toplaşdığı bu məkan bloq sferindən daha çox “Aquavitasfer”ə bənzəyirdi. Digər nüans isə şəkilin özü ilə bağlıdır. Bu şəkildə yuxarıda qeyd etdiyim ahəng pozulub.

İnsanın sağlamlığına ən çox xeyirli amillərdən biri sudursa, digəri təbii meyvələrdir. Hər dəfə meyvə qarışığından ibarət olan suyu içərkən bu iki amili bir – birində birləşdirən mayenin yaradılması məni heyran edir.

Tədbir zamanı yorulanda, susuyanda ilk hərəkət etdiyimiz tərəf “Aquavita” brendinin yerləşdirildiyi yer olurdu. Bu şəkil də həmin anların birində çəkilib. Düzü heç özümün də xəbərim olmayıb. Kim çəkibsə, həm təşəkkür, həm də təəssüf. Təşəkkürün səbəbi məlumdur. Bir gözəl an əks olunub.

Təəssüf isə yenə də ahənglə bağlıdır.

Saçlarım dağınıq, üzümdə saqqal və əlimdə həm qablaşdırılması həm də rəngi çox gözəl olan maye.

Bilmirəm nədəndir, ancaq dodağımın toxunduğu hər bir şeyə qarşı mən də qəribə bir hiss yaranır. Bəzən yemək yeyərkən istifadə etdiyim qaşığa belə hörmət edirəm. Manyaklıq kimi görünməsin, ancaq sevgilimin dodağına toxunarkən keçirdiyim hiss nə qədər doğmadırsa, bu hisslər də az qala o qədər doğmadır mənə. Ancaq təbii ki, dodağın toxunduğu varlığın dadından asılı olaraq bu doğmalıq dəyişir.

Şəkilə baxarkən o doğmalıq anını xatırlayıram. Sevdiyim meyvəli mayenin dadı və üstəgəl hər zamankı doğmalıq hissi. Ancaq yenə də mənfi hislər və ya düzgün olmayan ahəng…

Hər birimiz sevgilimzə sadəcə görüşəndə belə bəzənirik. Ancaq mən bu sevimli dadı və ya həmin o hissi estetik baxımından çox pis yaşamışam. Sadəcə, susuyanda içdiyim su brendinin imicinə zərər gələcəyindən çəkinirəm bir qədər…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: