AzBlog.Org saytının rəsmi bəyanatı

Sentyabr 22, 2011 tarixində, saat 7:56 səhər | Kateqoriya:XƏBƏR - RƏY | 1 Şərh
Etiketlər: , ,

Bildiyiniz kimi AzBlog.Org saytı 2011-ci ilin Aprel ayından bəri fəaliyyət göstərir. Yeni sistemə keçəndən bəri 2222 yazı yayımlanıb. Köhnə sistemdə isə 1000dən çox yazı yayımlanmışdı. Saytımızın ziyarətçiləri sayəsində AzBlog.Org hələ də Azərbaycanın ən çox oxunan saytları arasında yerini qorumaqdadır.

İdarəçilər olaraq da yerli yaxud xarici mətbuatda bloqqerlik barədə xəbərləri yaxından izləyirik. Mətbuatda yayımlanan son xəbərlər bizi narahat etdi. Bildiyiniz kimi bu yaxınlarda “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan bloqçularının şəbəkəsi yaradılıb (mənbə: Trend). Ayrılıqda müstəqil bloqqerlər və birlikdə Azərbaycanın ilk Bloq şəbəkəsinin idarəçiləri kimi ölkədə bloqqerliyin inkişafına müsbət baxsaq da,  “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin WeBlog.Az adlı Bloq Şəbəkəsinə münasibətimiz birmənalı olmadı.

WeBlog.Az iddia edir ki, “Azərbaycanın ilk və yeganə online bloqçular şəbəkəsidir”. Halbuki bu sayt hələ yeni istifadəyə verilmiş bir saytdır və nəinki ilk hətta yeganə bloqçular şəbəkəsi də deyil. AzBlog müstəqil bloqçular şəbəkəsi olaraq fəaliyyətinə Aynur Zərrintac, Cavid Ağa, Etibar Salmanlı idarəçiliyində 5 Aprel tarixində başlayıb. Halhazırda AzBlog şəbəkəsində 145 bloq olduğu halda WeBlog şəbəkəsində heç 70′ə çatmır. Bu halda WeBlog necə ilk yaxud yeganə şəbəkə ola bilər?

Yenə WeBlog.Az əminliklə deyir ki, bloqlarda “real-time” yoxlanış edərək, bloqlardan yeni yazını tapıb şəbəkəyə yerləşdirməklə o “Azərbaycanda ilk və analoqu olmayan bloqçular şəbəkəsi”dir. Halbuki AzBlog bu sistemə çoxdan keçmişdir və WeBlog şəbəkəsindən fərqli olaraq yazılara tıklayarkən oxucunu birbaşa bloqqerin öz ünvanına göndərir, yazını öz bazasında saxlamır. Bundan əlavə AzBlog şəbəkəsi Azərbaycanda ilk dəfə şəbəkəyə daxil olan bloqqerlərin təkcə daxil olduqdan sonra yox, daxil olmamışdan əvvəl də yazdıqları yazıları arxivinə daxil edir (hələ ki, ən köhnə bloq yazıları 2009-cu ilin Yanvar ayına aiddir). Bu AzBlog’u daha geniş və daha əhatəli şəbəkə halına gətirir.

Bundan əlavə WeBlog.Az saytı qeyd edir ki, bloqları yalnız administrasiya tərəfindən yoxlandıqdan sonra şəbəkəyə əlavə edir. AzBlog şəbəkəsi isə Azərbaycanda siyasi, ictimai, sosial fəaliyyətindən asılı olmayaraq bloq yazan hər bir şəxsin bloqunun yer aldığı şəbəkədir. Yəni, bloqlar heç bir halda senzuraya məruz qalmır.

Bütün bunları qeyd etdikdən sonra sonda bunu əlavə etmək istərdik ki, fikrimizcə Azərbaycanda bloqqerliyin hər nə qədər genişlənməsi xeyirdirsə, başqalarının əməyinə hörmət etməmək də bir o qədər zərərlidir. WeBlog.Az saytının idarəçilərinin bizim saytdan xəbəri olmamaq ehtimalını da nəzərə alsaq da, eyni zamanda həm AzBlog həm də WeBlog şəbəkələrinin üzvü olan bloqqerlərin mövcudluğu bizə bu ehtimalın az olduğunu deməyə imkan verir (bu bloqqerlərin bəziləri hətta “İrəli” İctimai Birliyinin üzvləridir). İstəyimiz, WeBlog şəbəkəsinin əməyə hörmət nişanəsi olaraq “İlk və yeganə online bloqçular şəbəkəsi” sifətindən imtina etməsi və legitimlik haqqımızın qorunmasıdır.

Qeyd: Sitatlar http://weblog.az/about/ ünvanından alınmışdır.

Qeyd 2: AzBlog şəbəkəsi heç bir halda heç bir təşkilatdan maddi yardım almır və heç bir təşkilatın bir hissəsi də deyil. Sayt idarəçilərin maddi hesabına aktivliyini qoruyur.

Hörmətlə, AzBlog.Org administrasiyası

Aynur Zərrintac; Etibar Salmanlı və Cavid Ağa

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Onlarda artıq utanan sifət yoxdur. Çünki bu hakimiyyətin yetirmələridir AzBlog-un yaradıcıları olanların əməyini qiymətləndirməmək ən azından utanc vericidir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: