Qəhbəliklərinizdən əl çəkin!

Sentyabr 24, 2011 tarixində, saat 8:12 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | 1 Şərh
Etiketlər: , , , ,

Yazını çox sadə dildə yazacağam. Bəlkə də yazdığım ifadələr bir çoxları üçün gözlənilməz olacaq, ancaq biraz əsəb, biz bezmək, biraz təəssüf və biraz da iyrənclikləri görmək artıq yorur məni.

Xatırlatma: İctimai sektorda qəhbəliklər baş alıb gedir… Siz qəhbəlik edin, biz isə öz mövqeyimizdə dayanacagıq, siz qalib gəlmək üçün xahiş edin, biz isə gücümüzü göstərəcəyik, siz vətəndaş cəmiyyətini pula dəyişin, biz uğurumuzdan danışacagıq, siz hər şeyi ağ və qara görün, biz isə daltonik olmayacagıq…

Dünən ANS telekanalında  Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyevlə “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev arasında DeBat baş tutdu. Mövzu gənclik idi, bizim problemlərimiz idi. Orxan Nəbiyev gənclərə qarşı ayrıseçkilik siyasətindən danışırdı, Rauf Mərdiyev isə bunun əksini. Kimin daha yaxşı və ya pis danışmasını qoyuram kənara. Bilən bilir mövqeyimi. Keçirəm bu DeBatdan sonra gördüyüm cındırlıqlara və ya qəhbəliklərə. Nə bilim siz istəsəniz başqa ad qoyun, oğraşlıq, fahişəlik və ya qısqanclıq…

Həyatda heç bir zaman uğur qazana bilməyənlər bizim üstümüzə hücum çəkdilər. Bunu hər zaman görmüşük və lazımi cavabları vermişik. Ancaq bu dəfə əsəbləşdim. Məsələn, Azər Aydının absurd ittihamı bu idi ki, ““İrəli” və “Dalğa”nın mövqeyi eynidir, necə debat apara bilərlər?” Mənim  mailiyyə imkanlarım yaxşı deyil, yoxsa bu insanı göz və qulaq həkiminə aparardım ki, yaxşı görsün və eşitsin. Adam bundan sonra mənim gözümdə rəsmən kar və kordur.

Digərləri  deyir ki, virtual aksiyaya qoşulmursuz və deməli siz real mübarizədə yoxsunuz. Əvvəla soxun içinizə, yalan danışmayın. Siz virtual aksiya bilmirəm nəyə deyirsiz, ancaq mən şəxsən özüm və digər “Dalğa”çılar virtual aləmdə haqsızlığa məruz qalanlarla bağlı hər zaman məlumatlar paylaşmışıq və bunu kiminsə əmri ilə etməmişik.

Bu gündən etibarən mənim üçün müxalifətlə iqtidarın heç bir fərqi qalmadı. Hər ikisi eynidir. Onlar həyata ya hələ də bizim evin padvalındakı “vesna” markalı “çorniy –  beliy” televizorlardan baxır və ya daltonikdilər.

Demokratiyadan danışan bu insanlar hakimiyyət yaltaqlarından, oliqarxlarından heç nə ilə fərqlənmirlər. İndiyə qədər heç vaxt müxtəlifliliyi qəbul etməyiblər.

Bu gün Azərbaycan gənclər sektorunda özlərini lider, ejdaha, kentavr adlandıranların əksəriyyəti isə oğru, ikiüzlü və yalançıdır. Mənimlə üz – üzə gələndə görüşüb – öpüşənlər mən gedəndən sonra “Dalğa”nın dalınca danışır, “Dalğa”çıları inandırmağa cəhd edirlər ki, bəs biz daha real mübarizə aparırıq, gəl bizə qoşul. İndiyə qədər cəmiyyətdə heç bir yeni kadr təqdim etməyənlər oğurluqla varlanmağı üstün tutanlardır. Tamam bu normaldı, təşkilatlar özlərini daha güclü etmək üçün rəqabət apara bilər, ancaq  bizim dalımızca danışanlar mənimlə və ya digər “Dalğa”çı ilə üz -üzə gələndə “qardaş” deyib qucaqlamasın bizi.

Əşi nə isə… Sadəcə qəhbəliklərinizdən əl çəkin! Bu qədər.

Advertisements

1 Şərh »

RSS feed for comments on this post. TrackBack URI

  1. Beyendim


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: