Şər(l)atanlar

Sentyabr 26, 2011 tarixində, saat 8:10 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın
Etiketlər:

Neçə gündür sosial şəbəkələrdə “virtual aksiya”larla bağlı qırğın – qiyamət polemika gedir.

Yazırlar ki, Dalğa Gənclər Hərəkatının üzvləri həbsdə olan gənclər üçün keçirilən “virtual aksiya”ya qoşulmurlar. Az qala bizi “Qoşulmayanlar” hərəkatına üzv ediblər.  Hə, onu da yazmağı unutmurlar ki, başımız seksə qarşıbmış… Dəhşət! Ə gedin özünüzə ciddi iş tapın.

Hazırda “Dalğa”çılar ciddi təşviş içindədir. Belə getsə biz “facebook”dakı bu ictimai qınağın təzyiqinə dözməyib fəaliyyətimizə xitam verəcəyik.

Ey bunu yazanlar, sizin başınız xarabdırmı və ya siz şər atmaqdan başqa bir şeyi bacarmırsınızmı? “Dalğa” nə vaxt rəsmi bəyanat və ya məlumat yayıb ki, biz bu aksiyalara qoşulmuruq? Nə vaxt İdarə Heyətinin hansısa üzvü bunu deyib? Ayıbdır, vallah ayıbdır!

Siz Allah bu şəkilə baxın. Taleh Məmmədov adlı, real mübarizəni virtual aləmdə aparmaqla yaxın günlərdə hakimiyyəti devirəcəyi gözlənilən bir şəxs yazır ki, bu aksiyalara qoşulmadığınız üçün tüpürüm sizin üzünüzə. Sən bizim ayağımızın altını belə öpə bilməzsən.

Talehin kim olduğunu bilmirəm, ancaq bu adamın nə qədər axmaq və şər böhtan atan birisi olduğu görünür.  Görünür onun da “teleh”ində şər atmaq yazılıb.

Bu virtual aksiyaların nə üçün olduğunu, niyə aparıldığını hamımız bilirik. Məqsəd beynəlxalq ictimiyyətin diqqətini məsələyə yönəltməkdi. Tamam! Alqışlar. Mən də iştirak eləmişəm bu aksiyalarda.

Ancaq hansısa virtual aksiyada iştirak etməklə özünüzü qəhraman hesab etməyin…

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: